14:53 16 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
01:18 16.01.2021

BİLDİRİŞ


01:18 16.01.2021

BİLDİRİŞ


01:18 16.01.2021

BİLDİRİŞ


01:18 16.01.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Akif Qurbanov: insanların bir qismində koronavirusa qarşı immunitet yaranmayana qədər pandemiya ilə mübarizə aparmaq çətin olacaq
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:36 02.12.2020

Bəzi hallarda xəstəliyin bütün nəticələri aşkar olsa da, PZR analizi mənfi olur. Belə olan halda nəzərə almalıyıq ki, yanlış analizlər ola bilər və yenə də qorunma tədbirlərinə əməl etməliyik.

AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov dekabrın 2-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Professor deyib: "Elə dövrə gəlib çıxmışıq ki, soyuqdəymə, qızdırma, öskürək və s. əlamətlər olanda "bəlkə məndə COVID var” deyə düşünməliyik. Ona görə ki, biz infeksiya mənbəyi olub onu başqalarına yoluxdura bilərik. Heç kəsin bu infeksiyaya tutulmasını arzu etmirik, amma biz özümüz bu barədə ciddi fikirləşməli və həkimə müraciət edib diaqnozu dəqiqləşdirməliyik.

Həmişə sual verirlər: bu xəstəlik nə vaxta qədər davam edəcək? Əlbəttə, dəqiq proqnoz vermək çətindir. Dəfələrlə demişik və bir daha deyirik ki, insanların bir qismində bu xəstəliyə qarşı immunitet yaranmayana qədər pandemiya ilə mübarizə aparmaq çətin olacaq. Bu, heç də o demək deyil ki, hamı xəstələnməlidir və onda immunitet yaranmalıdır. Kimdəsə xəstəlik keçirməsi nəticəsində immunitet yarana bilər, əhalinin qalan hissəsində isə yaxın aylarda aparılacaq peyvənd tədbirləri nəticəsində mümkün olacaq. Bu vasitə ilə kollektiv immunitet yaradıb pandemiyadan qurtula bilərik”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM