16:03 16 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
15:16 16.01.2021 Onlar bizə əmanət !
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yoluxma saylarını azaltmaq və vəziyyəti nəzarət altına almaq üçün ən azı iki həftəlik sərt karantin tədbirlərinə ehtiyac var
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:32 02.12.2020

Koronavirus insanların toplu halda toplanmasını xoşlayır. O, kütləvi yerlərdə insanları yoluxduraraq xəstəliyin geniş yayılmasına səbəb olur. Ona görə də sərt tədbirlərə ehtiyac var. Çalışmaq lazımdır ki, sıx toplanma hallarının qarşısı alınsın. Nə zaman sərt tədbirlər görülərsə, yayılmanın qarşısı o zaman alınacaq.

AZƏRTAC xəbər verir ki, bunu bu gün keçirilən Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru Adil Allahverdiyev deyib.

O həmçinin bildirib: "Hazırda Azərbaycanda daha ciddi tədbirlərin görülməsinə ehtiyac var, əks halda xəstəxanalarda xəstələrin müalicəsi üçün yer tapılmayacaq. Səhiyyə sistemi həm koronavirus xəstələrinin, həm də müharibədə yaralanan əsgər və zabitlərin müalicəsi ilə məşğul olur. Həkimlərimiz də yorulublar. Düşünürəm ki, sərt karantin tədbirləri tətbiq olunmadan yoluxmanın qarşısı alınmayacaq. Yoluxma saylarını azaltmaq və vəziyyəti nəzarət altına almaq üçün ən azı iki həftəlik sərt karantin tədbirlərinə ehtiyac var”.

Professor hər kəsi maskadan düzgün istifadəyə, sosial məsafə prinsiplərinə, əl gigiyenasına əməl etməyə, kütləvi toplanma yerlərindən bacardıqca uzaq olmağa səsləyib.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM