16:55 16 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
15:16 16.01.2021 Onlar bizə əmanət !
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Arabnews” qəzeti Laçın rayonunun işğaldan azad edilməsindən yazır
ANA SƏHİFƏ / SİYASƏT
15:52 02.12.2020

Ərəb dünyasının ingiliscə nəşr olunan nüfuzlu "Arabnews” qəzetində Azərbaycan Ordusunun bölmələrinin Laçın rayonuna daxil olmasından və bu ərazidə bayrağımızın dalğalanmasından bəhs edən məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı bəyanata əsasən Qarabağın işğal altında olan sonuncu ərazisi – Laçın rayonunun Azərbaycana təhvil verildiyi qeyd olunub. Vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin Laçını, həmçinin Ağdam və Kəlbəcəri tərk etməsi 44 günlük müharibədə Azərbaycan Ordusunun qazandığı Qələbə ilə əlaqədardır. Diqqətə çatdırılıb ki, Rusiya sülhməramlı qüvvələri müəyyən müddət ərzində Laçın dəhlizində keçidin təhlükəsizliyini təmin edəcək.

Məqalədə separatçı ermənilərin işğal edilmiş Qarabağ ərazisini, xüsusən əsas şəhər olan Şuşanı tərk etməsindən, Kəlbəcər və Laçında qanunsuz məskunlaşan ermənilərin evləri və meşələri yandırmasından bəhs olunur. İşğal illərində Laçında məskunlaşmış 48 yaşlı Levon Gevorqyan adlı erməninin AFP informasiya agentliyinin müxbirinə söylədikləri buna misaldır: "Mən 22 ildir ki, burada yaşayıram, ev tikmişəm. Əgər evimi tərk etsəm, onu yandıracağam”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM