16:49 16 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
15:16 16.01.2021 Onlar bizə əmanət !
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyə mediası: Azərbaycanın qazandığı qələbə bölgənin inkişafı üçün yeni perspektivlər açır
ANA SƏHİFƏ / SİYASƏT
15:51 02.12.2020

Azərbaycan Prezidenti İlham Əliyevin Laçın rayonunun Ermənistanın işğalından azad olunması münasibətilə xalqa müraciəti Türkiyə kütləvi informasiya vasitələri (KİV) tərəfindən geniş işıqlandırılıb. Türkiyə mediası dövlətimizin başçısına istinadla "Ermənistan ordusu artıq yoxdur!” ifadəsini mühüm sərlövhə kimi istifadə edib.

AZƏRTAC xəbər verir ki, təcavüzkar Ermənistanın işğalçılıq siyasəti və fasiləsiz təxribatları səbəbindən Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum əməliyyatlarını fasiləsiz olaraq diqqətdə saxlayan Türkiyə KİV-ləri Azərbaycan həqiqətlərinin dünya və ölkə ictimaiyyətinə çatdırmaqda davam edir. Prezident ilham Əliyevin dekabrın 1-də Azərbaycan xalqına müraciətində səsləndirdiyi fikirlər, çağırış və mesajlar media tərəfindən geniş işıqlandırılmaqla bərabər ekspertlər tərəfindən də geniş təhlil olunmaqdadır.

Qeyd olunur ki, Azərbaycanın qazandığı qələbə bölgənin inkişafı üçün yeni perspektivləri açır və bu, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlər mühiti formalaşdırıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM