02 Dekabr 2020 15:51
675
SİYASƏT
A- A+

Adil Əliyev: Laçın rayonunun işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür


Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən aparılan 44 günlük müharibə nəticəsində əzəli və əbədi torpaqlarımız düşmən işğalından azad edilməklə, uzun illərdən sonra ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

AZƏRTAC xəbər verir ki, bunu KİV-ə açıqlamasında Milli Məclis Sədrinin müavini Adil Əliyev söyləyib.

Adil Əliyev bildirib ki, işğal edilmiş ərazilərimizin azad edilməsi uğrunda rəşadətli Ordumuz misli görünməmiş şücaət göstərdi və düşmənə vurulan ağır zərbələrin nəticəsində Ermənistan məğlub olaraq döyüş meydanından qaçdı. Vətən müharibəsi zamanı düşmən tam şəkildə məğlub oldu, döyüş meydanında başlayan Qələbə yürüşü adekvat olaraq diplomatik masada da dövlətimizin başçısı tərəfindən çox böyük uğurla davam etdirilir.

Dekabrın 1-də Laçın rayonunun işğaldan azad edilməsinin şanlı qələbəmizin təcəssümü olduğunu vurğulayın Milli Məclis Sədrinin müavini deyib: "Prezident İlham Əliyevin xarici telekanallara verdiyi müsahibələr zamanı Ermənistanın təcavüzkar siyasətini bir daha dünyanın diqqətinə çatdırması, bütün dünyanın de-fakto olaraq Ermənistanı təcavüzkar ölkə kimi tanımasına gətirib çıxardı. Qeyd etmək lazımdır ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən icra edilməsə də bu vaxta qədər işğalçıya qarşı heç bir tədbir görülməmişdir. Yalnız sentyabrın 27-də erməni təxribatından sonra əks-hücum əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu bu qətnamələrin icrasına nail oldu. Döyüş meydanında qazandığımız uğurlar düşməni Ağdamdan, Kəlbəcərdən və Laçından çıxmağa məcbur etdi. Beləliklə, bu qətnamələrin də icrası təmin olundu, Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

Laçının mühüm strateji əhəmiyyət kəsb etməsi səbəbindən Ermənistan və onun havadarları bu rayonun təhvil verilməsini heç vaxt istəməmişdilər. Lakin Ali Baş Komandanın həm müharibə meydanında, həm də diplomatik müstəvidə göstərdiyi qətiyyət və qazanılmış uğurlar həmin ərazilərin Ermənistan tərəfindən qeyd-şərtsiz işğaldan azad edilməsini təmin etdi. Dövlətimizin başçısının xalqa müraciətində qeyd etdiyi kimi, "Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Adil Əliyev qeyd edib ki, Laçın rayonunun təhvil verilməsi ilə birgə Bəyanatın daha bir müddəası icra edildi. 28 il ərzində üzərinə götürdüyü öhdəliklərə, beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərə məhəl qoymayan Ermənistan Azərbaycan Respublikası Prezidentinin qətiyyətli iradəsi, şanlı Ordumuzun göstərdiyi şücaət sayəsində məğlub edildi və torpaqlarımızdan çıxmağa məcbur oldu. Yaşasın bizə bu qələbəni bəxş edən Müzəffər Ali Baş Komandan, eşq olsun Azərbaycan Ordusuna.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video