15:42 16 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
15:16 16.01.2021 Onlar bizə əmanət !
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Həkim təyinatı olmadan müalicə aparılması yolverilməzdir
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:50 02.12.2020


Koponavirusdan əsas ağırlaşmalar bir sıra xroniki xəstəliklərdə müşahidə olunur. Daha çox ürək-damar sistemi, şəkərli diabet, xroniki respirator, arterial hipertenziyası olanlarda və onkoloji xəstəliklərdə ağırlaşma və ölüm hallarına rast gəlirik. Yoluxanların sayında son günlər artım halları əhalinin həssas qrupları arasında panikaya və təşvişə səbəb olmaqdadır. Yoluxanların 81 faizindən çoxu xəstəliyi yüngül simptomlarla keçirirlər və bu, onların ev şəraitində müalicəsini mümkün edir.

AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva dekabrın 2-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O, bildirib ki, bəzi şəxslər xəstəxanalara axın edirlər: "Bəzən olur ki, ev şəraitində tətbiq olunan standart müalicə protokollarından kənar əlavə müalicə və təhlükəli dərman vasitələrinə, həkim təyinatı olmadan antibiotik tərkibli, virus əleyhinə steroud tərkibli və xüsusilə də venadaxili infuziyalardan istifadə edirlər. Lakin xəstəliyin sonrakı günlərində həmin şəxslər ağırlaşmış halda stasionarlara müraciət edirlər. Belə halların həyatı təhlükəli olmasına və yolverilməz olduğunu vətəndaşların nəzərinə çatdırmaq istəyirik”,- deyə həkim-infeksionist bildirib.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM