13:29 20 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
03:29 20.01.2021

11 qələbə müjdəsi


03:13 20.01.2021

Tələbə şəhid


02:52 20.01.2021

Şərəfli ömür yolu


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Aydan nümunələr gətirəcək “Çanye-5” Yerin təbii peykinə uğurlu eniş edib
ANA SƏHİFƏ / DÜNYA
09:58 02.12.2020

Çinin Aydan nümunələr gətirmək üçün orbitə çıxardığı "Çanye-5”in (Chang'e-5) kosmik aparatının enmə-qalxma modulu Yerin təbii peykinə yumşaq eniş edib.

AZƏRTAC Çin Dövlət Kosmos Administrasiyasına istinadla xəbər verir ki, Ay orbitinə daxil olduqdan sonra "Çanye-5”in enmə-qalxma modulu kosmik aparatdan ayrılaraq, təxminən 15 dəqiqəyə Ayın səthinə yumşaq eniş edib. Bu, Ayın səthinə yumşaq eniş edən Çinin 3-cü moduludur. Modul Ayın səthinə enmə prosesinin videogörüntülərini idarəetmə mərkəzinə ötürüb. Modulun endiyi məkana bundan əvvəl Yerdən heç bir səfər olmayıb. Daha dəqiqi Çin modulunun eniş məkanı ABŞ və keçmiş SSRİ-nin Ay missiyalarının eniş yerlərindən fərqlidir.

Bildirilir ki, növbəti 2 sutka ərzində xüsusi robotun köməyi ilə Ay səthindən təxminən 2 kiloqram ağırlığında qaya və torpaq nümunələri götürüləcək. Yer və Ay arasında geometrik uyğunluq olanda kosmik aparatın geri dönən modulu Yerə qayıdacaq. Bildirilir ki, proses cədvələ uyğun davam edir.

Aydan gətirilən nümunələrin yaşının öyrənilməsi Günəş sisteminin tədqiqatına kömək edəcək.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM