02 Dekabr 2020 09:57
616
SİYASƏT
A- A+

Anar Kərimov: Qarabağdakı xristian mədəni və dini abidələr bizə əcdadlarımızdan qalıb və onları qoruyuruq


Azərbaycanın çoxmədəniyyətli millət kimi qeyd edilməsi şübhə doğurmamalıdır və Qarabağın xristian mədəni irsi hökumət tərəfindən qorunacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov "France 24” televiziya kanalına eksklüziv müsahibəsində deyib.

Bildirib ki, Azərbaycan çox mədəniyyətli və çox dinlərin çoxluq təşkil etdiyi ölkədir. Ölkəmizdə bütün dinlərə hörmətlə yanaşılır. Bakıda erməni kilsəsi şəhərin mərkəzində yerləşir və hamıya açıqdır.

Türkiyə ilə bağlı aparıcının sualına cavab verərək qeyd edib ki, Azərbaycanın bölgədəki hərbi Qələbəsini dəstəkləyən Türkiyə dini yerlər və azlıqlarla bağlı məsələlərə müdaxilə etmir.

Sentyabrın 27-də başlayan, 44 gün davam edən ağır döyüşlərdə Azərbaycan Ordusu Ermənistan qüvvələrini darmadağın edərək, Qarabağa daxil olub və Rusiyanın vasitəçiliyi ilə Ermənistan kapitulyasiya aktını imzalayıb.

Aparıcının Şuşa kilsəsi ilə bağlı sualına cavab verən A.Kərimov bildirib ki, Qarabağın əsas şəhəri olan Şuşada kilsəyə istənilmədən zərər dəyib, ancaq qərbli alimlərin Azərbaycanın kilsələri məhv etməsinə dair iddiaları düz deyil. Bunlar ölkəmizə qarşı ermənilərin apardığı təbliğatın nəticələridir.

Bakıda kilsə və sinaqoqların fəaliyyət göstərdiyi vurğulanaraq Qarabağdakı xristian dini abidələrinin əcdadlarımızdan miras qaldığı vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycan əcdadlarımızdan miras qalan xristian mədəni və dini irsini qoruyub və qoruyacaq.

Bildirilib ki, Ermənistan bölgədə bir çox müsəlman dini abidələrini dağıdıb. Təhlükəsizlik və hava şəraiti imkan verən kimi UNESCO-nun bölgəyə səfəri təmin olunacaq.

Ermənistanın Gəncənin yaşayış mərkəzini ballistik raketlə hədəfə aldığı, ortodoks kilsəsini dağıtdığı qeyd edilib.

A.Kərimov Fransa Senatının ötən həftə qəbul etdiyi Qarabağın müstəqilliyini tanımağı təklif edən qətnamənin sadəcə "kağız parçası” olduğunu söyləyib. Hökumət bu qətnamənin Fransanın rəsmi mövqeyini əks etdirmədiyini bəyan edib.

Sonda A.Kərimov Fransanı tərəfkeşliyə son qoymağa və illərdir Qarabağ münaqişəsində vasitəçilik etməyə çalışan Minsk qrupunun həmsədri olaraq etibarlı vasitəçi kimi qalmağa çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video