14:13 20 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
03:29 20.01.2021

11 qələbə müjdəsi


03:13 20.01.2021

Tələbə şəhid


02:52 20.01.2021

Şərəfli ömür yolu


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ÜST: Ötən həftə sentyabr ayından bəri ilk dəfə olaraq COVİD-19-a yoluxanların sayında azalma müşahidə olunub
ANA SƏHİFƏ / CƏMİYYƏT
09:54 02.12.2020

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən həftə sentyabr ayından bəri ilk dəfə olaraq COVID-19 xəstəliyinə yeni yoluxmaların sayında azalma qeydə alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə mətbuat konfransında bildirən təşkilatın baş direktoru Tedros Qhebreyesus bunu Avropada son həftələrdə koronavirus əleyhinə görülən tədbirlərlə əlaqələndirib.

ÜST rəhbəri bununla bağlı əhalini sayıqlığı itirməməyə, səyahətlərdən mümkün qədər imtina etməyə, Yeni il, Milad və digər bayramları dar mühitdə, ev şəraitində keçirməyə çağırıb.

"Bayram günləri biz hamımız yaxınlarımızın yanında olmaq istəyirik. Lakin ailə və dostlarla birlikdə olmağa cəhd etməklə biz nə özümüzü, nə də onların həyatını təhlükəyə məruz qoymamalıyıq. Görüşmək barədə qərar qəbul etməklə biz kiməsə təhlükə yaratmamağımıza əmin olmalıyıq”, - deyə ÜST-nin rəhbəri qeyd edib. O, yalnız açıq havada bir araya gəlməyə, fiziki məsafəni saxlamağa, səyahətlərdən, izdihamlı alış-veriş mərkəzlərindən çəkinməyə, zəruri malları mümkün qədər internet vasitəsilə sifariş etməyə, maska taxmağa, dezinfeksiyaedici maddələrdən istifadə etməyə, əlləri tez-tez yumağa çağırıb.

"Bütün bu ehtiyat tədbirləri sizə və başqalarına infeksiya riskini minimuma endirməyə kömək edəcək”, - deyə ÜST-nin rəhbəri qeyd edib. O, səbrli olmağı, gələcək üçün planlar qurmağı və yalnız təhlükə sovuşduqda bir araya gəlməyi tövsiyə edib.

"Pandemiya, təbii ki, sona çatacaq. Buna biz hamımız öz töhfəmizi verməliyik”, - deyə doktor Tedros bildirib.

O qeyd edib ki, ÜST-nin özündə artıq işlənib-hazırlanmaqda olan mövcud vasitələrdən və vaksinlərdən istifadə etməklə pandemiya üzərində qələbə qazanılacağına inanırlar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM