14:08 20 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
03:29 20.01.2021

11 qələbə müjdəsi


03:13 20.01.2021

Tələbə şəhid


02:52 20.01.2021

Şərəfli ömür yolu


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Misirin informasiya agentliyi Prezident İlham Əliyevin xalqa müraciəti haqqında məqalə yayıb
ANA SƏHİFƏ / SİYASƏT
09:36 02.12.2020

Misirin ”Asiaelyoum” informasiya agentliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə xalqa müraciəti barədə məqalə yerləşdirib.

AZƏRTAC xəbər verir ki, agentliyin baş redaktoru Əbubəkr Əl-Məcdin müəllifi olduğu məqalədə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı Bəyanatdan sonra ermənilərin işğalı altında olmuş son rayon olan Laçına Azərbaycan Ordusunun daxil olduğu qeyd edilib. Prezident İlham Əliyev bu münasibətlə öz xalqını, o cümlədən laçınlıları təbrik edib.

Müəllif diqqətə çatdırıb ki, 30 ilə yaxın işğal altında qalan Laçında insanların öz doğma evlərinə qayıtması və dağıdılmış yaşayış məntəqələrinin bərpası Prezident İlham Əliyevin müraciətində əsas məqamlardan biri olub. Azərbaycanın dövlət başçısı 1800 kvadratkilometr ərazisi olan Laçının zəngin təbiəti, tarixi abidələri və yeraltı sərvətləri olduğunu, onun ölkənin gələcək inkişaf işlərində mühüm rol oynayacağını deyib. O əlavə edib ki, əhalisi 80 min nəfərə çatan bu rayonun sakinlərinin öz doğma yurdlarına qaytarılması əsas vəzifələrdən biri olacaq. Bu məqsədlə ermənilər tərəfindən dağılmış infrastrukturun, sökülmüş binaların bərpası üçün müvafiq dövlət qurumu yaradılıb və bu işlərin hamısı koordinasiya şəraitində aparılacaq. Artıq Prezidentin ehtiyat fondundan müvafiq vəsait ayrılıb, Füzuli-Şuşa avtomobil yolunun, Bərdə-Ağdam dəmir yolunun tikintisinə başlanılıb.

Məqalədə qeyd olunub ki, Prezident İlham Əliyev işğaldan azad edilən Laçın rayonunda 22 min hektar, Kəlbəcərdə 24 min hektar, Zəngilan və Qubadlıda 12 min hektar meşə sahələrinin olduğunu, Azərbaycanın bu sərvətlərinin 30 il ərzində mənfur, vəhşi düşmən tərəfindən qırılıb, talanıb və yandırıldığını söyləyib. Onların bərpası da diqqət mərkəzində olacaq.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM