13:27 20 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
03:29 20.01.2021

11 qələbə müjdəsi


03:13 20.01.2021

Tələbə şəhid


02:52 20.01.2021

Şərəfli ömür yolu


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Laçın sakini: Doğma yurduma Laçın yəhərli Qarabağ atımla qayıdacağam
ANA SƏHİFƏ / CƏMİYYƏT
09:35 02.12.2020

Laçına böyük arzularla qayıtmağı gözləyən laçınlıların 28 illik həsrəti başa çatıb. Arzusu gerçəkləşən Laçın sakini 82 yaşlı İldırım kişi öz yurduna Laçın yəhərli Qarabağ atı ilə dönməyə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, İmişlidə məskunlaşan Laçın sakinləri də torpaqlarının azad edilməsini sevinc hissi ilə qarşılayıb. 28 ildir ki, İmişlidə yaşayan 50-yə yaxın Laçınlı ailə indi doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyir.

Laçının Malbəyli kənd sakini 82 yaşlı İldırım Rüstəmov Laçına qayıtmaq üçün atını yəhərləyir. İldırım kişi deyir: "Müzəffər Ali Baş Komandanın və güclü Ordumuzun sayəsində Laçın bugün azaddır. Çox tezliklə biz yaylaqlarımıza qovuşacağıq. Mən hər zaman arzu edirdim ki, Laçına bu atla qayıdım. Çünki bu at, bu yəhər və xurcun mənə Laçından xatirədir. Mən Laçından gələndə bir Qarabağ atı gətirmişdim. Bu at da həmin Qarabağ atının nəslindəndir. Yəhər isə Laçında yaşayarkən istifadə etdiyim yəhərdir, 28 ildir ki, onu qoruyub saxlayıram. İnanırdım ki, Qarabağ atı ilə öz yurdumun İşıqılı yaylağına qayıdacağam. Allah şəhidlərimizə rəhmət etsin. Bu gün sevincimin həddi-hüdudu yoxdur”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM