01:14 24 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:35 24.01.2021

Xalq artisti Eldar Quliyevə


00:28 24.01.2021

Kəndli razılıq edir


00:21 24.01.2021

Məmmədbəyli türbəsi


00:19 24.01.2021

Saatlı məscidi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turuna start verilib
ANA SƏHİFƏ / İDMAN
09:33 02.12.2020

Dekabrın 1-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turuna start verilib.

AZƏRTAC xəbər verir ki, başa çatan 8 oyundan sonra daha 2 klub pley-offa vəsiqə qazanıb.

C qrupunda İngiltərənin "Mançester Siti” klubundan sonra Portuqaliyanın "Portu” klubu da mərhələ adlayıb. Evdə "şəhərlilər”lə qolsuz heç-heçə edən "əjdahalar” səkkizdəbir finala yüksəlib.

D qrupunda İngiltərənin "Liverpul” klubu Niderlandın "Ayaks” klubunu minimal hesabla məğlub edərək, sona 1 tur qalmış növbəti mərhələyə çıxmağı təmin edib. Qrupun digər oyununda "Atalanta” və "Midtüllan" klubları qarşılaşıb. Həmin görüşdə qalib müəyyənləşməyib - 1:1.

B qrupunda yer alan, turnirin favoriti sayılan "Real Madrid” klubu səfərdə Ukraynanın "Şaxtyor Donetsk” komandasının qonağı olub. "Olimpiskiy” stadionunda baş tutan görüş gözlənilmədən meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Donetsk təmsilçisinin heyətində Detinyo və Manor Solomon fərqləniblər.

Qrupun digər oyununda "İnter” səfərdə "Borussiya Mönhenqladbax” klubunu 3:2 hesabı ilə məğlub edib.

Bu qrupda mübarizə davam edir. Belə ki, "Borussiya”nın 8, "Şaxtyor”un və "Real Madrid” in 7, "İnter”in isə 5 xalı var. Qrupun taleyi son turda həll olunacaq.

A qrupunda yer alan Rusiyanın "Lokomotiv” klubu öz meydanında Avstriyanın "Zaltsburq” klubunu qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda "Atletiko Madrid” öz meydanında "Bavariya” ilə heç-heçə edib - 1:1. Beş turdan sonra "Bavariya”nın 13 xalı var, "Atletiko Madrid”in 6, "Zaltsbur”un 4, "Lokomotiv”in isə üç xalı var.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM