00:57 20 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
23:13 19.01.2021 Faktiki hava proqnozu
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dövlət Sosial Müdafiə Fondu dünəndən sosial mediaya açıqdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:48 02.12.2020


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) dekabrın 1-dən vətəndaş müraciətlərini özünün yeni fəaliyyətə başlayan "Facebook”, "Instagram”, "Telegram” və "Twitter” sosial səhifələri vasitəsilə də cavablandıracaq.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar

www.facebook.com/dsmf.sosial.gov.az/

www.instagram.com/dsmf.sosial.gov.az/

t.me/dsmfsosialgovaz

twitter.com/dsmfsosialgovaz səhifələri vasitəsilə pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və digər sosial təminat növləri üzrə ödənişlər, sosial sığorta məsələləri, fərdi uçot və s. aid suallarını DSMF-yə ünvanlaya bilərlər.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun şəkildə izahatlar veriləcək. Araşdırma tələb edən müraciətlər isə müvafiq qaydada baxılaraq nəticəsinə uyğun tədbirlər görüləcək və müraciət edən vətəndaşlar bu barədə məlumatlandırılacaq.

Sosial şəbəkə səhifələrində DSMF-nin fəaliyyəti, bu sahədəki yeniliklər ictimaiyyətə təqdim ediləcək.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM