23:38 23 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan İlahiyyat İnstitutunda dərslərin məsafədən keçirilməsi uğurla davam edir
ANA SƏHİFƏ / TƏHSIL
00:47 02.12.2020


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) dərslərin məsafədən keçirilməsi uğurla davam edir. İnstitutdan AZƏRTAC-a bildirilib ki, Aİİ-də təhsilin bütün pillələrində təhsilalanlar üçün dərslər sillabuslara və dərs cədvəllərinə uyğun olaraq, Təhsil Nazirliyinin tövsiyəsi ilə onlayn şəkildə "Microsoft Teams” platforması üzərindən keçirilir.

Tədris prosesi zamanı tələbələrin qiymətləndirilməsi, müəllim-tələbə müzakirəsinin aparılması, mühazirə, eləcə də digər materialların ötürülməsi və başqa məsələlərlə bağlı Aİİ-nin müvafiq şöbələri qarşılıqlı şəkildə fəaliyyət göstərir. Dərslərin məsafədən təşkili zamanı rəhbər heyət müntəzəm olaraq tələbələrlə onlayn görüşlər keçirir, onların problemlərini dinləyir, təklif və şikayətlərinin yerindəcə həll olunması üçün tapşırıqlar verir.

Eyni zamanda Azərbaycan İlahiyyat İnstitutunda 2020/2021-ci tədris ili üçün qış semestri imtahanlarına hazırlıq prosesinə başlanılıb. Yaxın günlərdə imtahanların keçirilməsi ilə bağlı Elmi Şuranın qərarı tələbələrə açıqlanacaq.

Qeyd edək ki, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il noyabrın 2-dən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir. Baş nazir Əli Əsədovun qərara etdiyi dəyişikliyə əsasən, Azərbaycan Respublikasında distant tədris prosesinin müddəti dekabrın 1-dən 30-dək uzadılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM