01:50 20 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
23:13 19.01.2021 Faktiki hava proqnozu
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Masallıda pandemiyadan zərər çəkmiş qadın sahibkarlara dəstək göstərilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:46 02.12.2020


Masallı rayonunda pandemiyadan zərər çəkmiş 10 qadın sahibkara öz bizneslərinin inkişaf etdirilməsi və bu istiqamətdə əlavə gəlirlərin əldə edilməsini stimullaşdırmaq məqsədilə dəstək göstərilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı, "Masallıda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin icra etdiyi "COVID-19 pandemiyasından zərər çəkmiş qadın sahibkarlar üçün "Biznesin Təkmilləşdirilməsi” üzrə təlimlərin təşkili” layihəsi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkar qadınlara zəruri avadanlıq və alətlər verilib.

Rayonda dərziçilik, arıçılıq, quşçuluq, süd məhsullarının istehsalı, konservləşdirmə və un məmulatlarının istehsalı ilə məşğul olan qadın sahibkarlara avadanlıq və alətlər birliyin sədri Nərgiz Muxtarovanın iştirakı ilə yaşadıqları ünvanlarda təqdim edilib.

Layihə çərçivəsində ilk olaraq 25 nəfər qadın sahibkar seçilib, onlar üçün üç gün ərzində "Zoom” platforması vasitəsilə biznesi təkmilləşdirməyə yönəlmiş distant təlimlər təşkil edilib.

Distant təlimlərdən sonra müraciət edənlər arasında pandemiyadan zərərçəkən, gəlirləri azalmış, layihə kriteriyalarına uyğun 10 qadın sahibkar seçilərək onlara dəstək göstərilib.

Qeyd edək ki, layihənin məqsədi qısa zaman ərzində COVID-19 pandemiyasından zərər çəkmiş qadın sahibkarların iqtisadi biliklərinin artırılması, onların bizneslərinin təkmilləşməsinə nail olmaq və stimullaşdırıcı tədbirlər həyata keçirməkdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM