01:34 20 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
23:13 19.01.2021 Faktiki hava proqnozu
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Baş infeksionist: “Yoluxanların əksər hissəsi xəstəliyi simptomsuz, yüngül və orta ağır keçirir”
ANA SƏHİFƏ / SƏHIYYƏ
00:46 02.12.2020


Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların 20 faizi xəstəliyi ağır, 5 faizi kritik, əksər hissəsi isə simptomsuz, yüngül və orta ağır keçirirlər. Xəstələrin 1,3 faizində ölüm halları müşahidə edilir.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Baş infeksionist xəstəliyin yayılma səbəbləri barədə deyib: "Kəskin respirator virus infeksiyası fəsillə əlaqədardır, soyuq hava şəraitində, xüsusilə payız-qış aylarında ona yoluxanların sayında artım baş verir. Yeni növ koronavirus infeksiyasının Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən martda elan olunduğunu nəzərə alsaq, onun yayılmasının bir ili tamam olmayıb. Ona görə də xəstəliyin mövsümi xarakter daşıyıb-daşımadığını demək hələ tezdir. Bunun üçün müəyyən vaxt ötəndən sonra aparılan araşdırmalar nəticəsində müəyyən qənaətə gəlmək olar. Havalar soyuyanda insanlar daha çox qapalı məkanlarda toplaşırlar. Təbii ki, belə şəraitdə daha çox təmaslar olur, həmin məkanlarda havalandırma olmur, nəfəsliklər açılmır. Bu səbəblər də infeksiyanın artmasında başlıca rol oynayır”.

Orqanizmin normal fəaliyyəti və maddələr mübadiləsinin gedişi üçün müxtəlif miqdarda vitamin və minerallar tələb olunur. Onların çatışmadığı təqdirdə orqanizm normal fəaliyyət göstərə bilməz. Baş infeksionist bununla əlaqədar deyib: "Həkimlər daha çox balanslaşdırılmış miqdarda olan polivitaminlərin qəbul edilməsini üstün tuturlar. Xəstələrin iki halda onu qəbul etməsi məsləhət bilinir. Birincisi, xarici səbəblərdir, məsələn, deyək ki, qış fəslidir və xəstənin həmin vitaminlərlə qidalanmaq imkanı yoxdursa və yaxud xəstə meyvə-tərəvəzlə qidalanmağı xoşlamırsa, həmin halda məsləhət görürük. İkincisi, daxili səbəblərdir, yəni kifayət qədər vitamin qəbul olunur, amma orqanizmdə mənimsənilmir. Bu, əsasən mədə-bağırsaq sisteminin xroniki xəstəlikləri zamanı baş verir. Bağırsaqda müəyyən mikroflora var və onun pozulması bir sıra vitaminlərin sintezində problemlər yaradır. Antibiotiklərin nizamsız və qeyri-düzgün istifadəsi mikrofloranı zədələyir və mübadilə prosesinin pozulmasına səbəb olur. Belə xəstəliklər olanda xəstəyə daha artıq miqdarda vitamin vurulur ki, onların sorulmasına kömək etsin.

İmmunitet sistemi ilboyu eyni qüvvədə qalmır. Yaz və payız aylarında xroniki xəstəliklərin kəskinləşdiyi bir faktdır və bu, həm də immun sistemindəki dəyişikliklərlə əlaqədardır. İmmun sisteminin qidalanma ilə tənzimlənməsi düzgün yoldur, çünki möhkəm immunitet sistemi xarici patogenlərlə mübarizədə daha yaxşı reaksiya göstərir və yoluxma sayının azalmasında rol oynaya bilər. Lakin yalnız bu faktorla məsələ həll olunmur, digər faktorlar da var. İmmunitetin möhkəm olması üçün qidalanmadan başqa stressdən uzaq olmaq, normal yuxu və fiziki aktivlik də əsas şərtdir. Bunlar kompleks halda immuniteti yüksəldə bilər, yəni immunitet nə qədər adekvatdırsa, yoluxma sayı da o qədər azala bilər”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM