00:20 20 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
23:13 19.01.2021 Faktiki hava proqnozu
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

BİLDİRİŞ
ANA SƏHİFƏ / ELANLAR
00:44 02.12.2020


"Azərenerji” ASC tərəfindən 14 avqust 2020-ci il tarixdə elan edilmiş Müxtəlif növ boyaların və fırçaların satın alınması üzrə dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə keçirilən açıq tenderdə iddiaçılardan daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş və Tender komissiyasının qərarı ilə formal tələblərə cavab verən, ən aşağı qiymət təklif edən "Laric Chemical” MMC tenderin qalibi elan edilmişdir.

Qalib gəlmiş təşkilat ilə ƏDV daxil 551 316,12 (beş yüz əlli bir min üç yüz on altı manat 12 qəpik) AZN məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM