15:03 16 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST Agentliyinin “DOST İş Mərkəzi” MMC 2020-ci il üçün kotirovka sorğusu elan edir
ANA SƏHİFƏ / ELANLAR
00:35 02.12.2020


Aşağıda göstərilən xidmətlər üzrə qiymətlərin elan olunması:

- İnventarların satın alınması üzrə.

Kotirovka sorğusunda iştirak etmək üçün tələb olunan sənədlər 04 dekabr 2020-ci il saat 13:00-dək qəbul olunur.

Kotirovka sorğusuna tələb olunan sənədlər:

- malgöndərənin (podratçının) kotirovka təklifi (ƏLAVƏ 1);

- malların (işlərin və xidmətlərin) qiymət cədvəli (ƏLAVƏ 2);

- qiymət təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır) (malgöndərən təşkilat tərəfindən hazırlanır);

- iddiaçının tam adı, ünvanı, hüquqi statusunu müəyyən edən sənəd, qeydiyyatdan keçdiyi ölkə (Notarial təsdiq ilə birlikdə) və bank rekvizitləri (malgöndərən təşkilat tərəfindən hazırlanır);

- iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış. Arayış müsabiqənin elan edildiyi aydan əvvəlki dövrü əhatə etməlidir (malgöndərən təşkilatın uçotda olduğu vergi orqanından);

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti. Arayış müsabiqənin elan edildiyi aydan əvvəlki dövrü əhatə etməlidir (malgöndərən təşkilatın uçotda olduğu vergi orqanından);

- satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (malgöndərən təşkilatın uçotda olduğu vergi orqanından);

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (malgöndərən təşkilatın uçotda olduğu vergi orqanından);

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması (malgöndərən təşkilatın uçotda olduğu vergi orqanından);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması. Arayış müsabiqənin elan edildiyi aydan əvvəlki dövrü əhatə etməlidir (malgöndərən təşkilatın uçotda olduğu vergi orqanından);

- iddiaçının ixtisaslı işçi heyəti barədə məlumatlar (malgöndərən təşkilat tərəfindən hazırlanır);

- bənzər işlərdə təcürbəsi barədə müqavilələr və görülmüş işlər barədə təsdiqedici sənədlər təqdim olunmalıdır (malgöndərən təşkilat tərəfindən hazırlanır);

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi (malgöndərən təşkilatın uçotda olduğu vergi orqanından);

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması (malgöndərən təşkilat tərəfindən hazırlanır).

Ünvan: AZ1005 Bakı şəh., Səbail rayonu, H.Z.Tağıyev küç., ev 13. Əlaqələndirici şəxs: Nəsimi Kərimzadə.Telefon: (+99451) 207-59-12, (+99412) 497-41-70,

Tender komissiyası



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM