01 Dekabr 2020 20:38
456
SİYASƏT
A- A+

RF Müdafiə Nazirliyi: Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə birgə mərkəz barədə razılaşma əldə ediblər


Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə birgə mərkəz barədə razılaşma əldə ediblər.

AZƏRTAC xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

O deyib: "Noyabrın 11-də RF Müdafiə Nazirliyi və Türkiyə Milli Müdafiə Nazirliyi arasında imzalanan memoranduma müvafiq olaraq, atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə Rusiya-Türkiyə birgə mərkəzinin yerləşdirilməsi və fəaliyyət göstərməsi qaydaları barədə razılıq əldə edilib. Mərkəz Azərbaycan ərazisində yerləşdiriləcək. Birgə mərkəzin təşkilati strukturunda rusiyalı və türkiyəli personalın sayı bərabər olacaq”.

İ.Konaşenko, həmçinin qeyd edib ki, Dağlıq Qarabağda rusiyalı sülhməramlı qüvvələrin bölmələri tərəfindən 34 hektardan artıq ərazi, təqribən 12 kilometr yol minalardan təmizlənib, 110-dan artıq ev və sosial obyektlər yoxlanılıb, partlayış təhlükəli 1077 əşya aşkarlanıb və zərərsizləşdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video