15:53 21 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şuşanı azad edən xüsusi təyinatlı əsgərlərimizin qəhrəmanlığı hərb tarixinin ən layiqli səhifələrindən biridir
ANA SƏHİFƏ / CƏMİYYƏT
20:29 01.12.2020

Əlbəttə ki, sevincimiz hədsizdir. Biz bu günün yolunu illər boyu gözləmişik. Düzdür, bu sevincin yolu çox uzun, çox keçməkeşli oldu, amma ən nəhayət ki, oldu. Bu yolda qurban gedən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Cəsur Vətən müdafiəçilərini dünyaya gətirən anaların önündə baş əyirəm.

Dekabrın 1-də Laçının düşmən işğalından azad olunması ilə əlaqədar keçirilən yürüş iştirakçısı, əslən Laçından olan Elnur Kərimli bu sözləri AZƏRTAC-ın müxbirinə deyib.

O, 2016-cı ilin aprelində erməni qəsbkarlarına qarşı döyüşün iştirakçılarındandır. İkinci Qarabağ döyüşlərində iştirak etmədiyinə görə isə təəssüflənir: "Çox istəyirdim ki, mən də qalib ordumuzun əsgərləri sırasında olum. Hər an, hər dəqiqə buna hazır idim. Ancaq əsgər qardaşlarımız, ön cəbhədə olan cəsur hərbçilərimizin fədakarlığı sayəsində buna ehtiyac olmadı. Onların göstərdiyi rəşadət hər cür alqışa layiqdir. Belə oğulları olan Vətən fəxr edə bilər! Belə döyüşçüləri, belə igidləri, belə Ali Baş Komandanı olan millət xoşbəxtdir. Xalqımız bu qələbəyə qovuşmaq üçün çox əziyyətlərə qatlaşıb. Bugünkü sevinc onun halal haqqıdır və çox yaraşır.

Mənə elə gəlir ki, bu döyüşün elə ayrı-ayrı səhifələri var ki, hərb tarixinə düşməyə layiqdir. Xüsusilə Şuşa kimi mürəkkəb relyefə malik bir şəhəri azğın düşməndən azad edən xüsusi təyinatlı əsgərlərimizin qəhrəmanlığı hərb tarixinin ən layiqli səhifələrindən biri olmağa layiqdir. Xalqımızı təbrik edirəm və hesab edirəm ki, bir də Qarabağ torpağına düşmən ayağı dəyməyəcək”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM