01 Dekabr 2020 18:15
606
SİYASƏT
A- A+

Şəhidin həyat yoldaşı: Şükür ki, yuxumuz çin, arzumuz gerçək oldu


Ana təbiət Laçını yaradanda səxavətini əsirgəməyib. Yurdumuzun bu gözəl guşəsi dağlar, meşələr, füsunkar gözəlliklər diyarı, şairlər, saz-söz məkanıdır. Bu gün laçınlıların sevinci aşıb-daşır. Bu sevinci yaşayanlardan biri də Laçın rayon sakini Xeyransa Rüstəmovadır.

AZƏRTAC-ın müxbiri Xeyransa Rüstəmova ilə Şəhidlər xiyabanında görüşüb. O, oğlu, nəvəsi və doğmaları ilə birlikdə torpaq uğrunda qurban gedən şəhidləri ziyarət etməyə və sevinc hisslərini bölüşməyə gəlmişdi.

Xeyransa xanım deyib: "28 il yarım davam edən ayrılıqdan sonra doğma rayona qovuşmaq çox böyük xoşbəxtlik və qürur hissidir. Bu 28 il yarımda Laçın gecələr yuxumuz, gündüzlər arzumuz olub. Şükür ki, yuxumuz çin, arzumuz gerçək oldu. Mən bu gün hədsiz dərəcədə sevinirəm. İnsan oğul toyunda bu qədər sevinə bilər. Bu sevinci, bu xoşbəxtliyi bizə yaşadan Müzəffər Milli Ordumuza, onun hər bir əsgər və zabitinə, bu uğura sərkərdəlik edən Ali Baş Komandan, Prezident İlham Əliyevə sonsuz minnətdarlıq hissimiz var”.

O, Birinci Qarabağ müharibəsinin iştirakçısı olan həyat yoldaşı Vaqif Quliyevin xatirəsini yad edərək deyib: "Vaqif orta məktəbdə direktor müavini işləyirdi. Müharibənin ilk günlərindən silaha sarılaraq alay komandiri kimi doğma rayonun 50-dən çox kəndinin müdafiəsi uğrunda döyüşmüşdü. Laçın onun üçün hər şey idi. Öz gəncliyini, rahatlığını və canını çox sevdiyi torpaq uğrunda qurban verdi. O, 3 gün əsgər yoldaşları ilə birlikdə Xankəndi yaxınlığındakı Vəng kəndi uğrunda ağır döyüşdə iştirak edib. 1992-ci il sentyabrın 2-də həmin kənddə yaralı əsgər yoldaşını döyüş meydanından çıxarmaq istəyərkən düşmən gülləsinə tuş gələrək gözlərini əbədi yumub. Hesab edirəm ki, bu gün Vaqifin də ruhu şaddır, çünki o bu günü çox arzu edirdi, onun uğrunda döyüşürdü. Hesab edirəm ki, o, bu gün burda bizimlə bir yerdədir, bizimlə bir yerdə sevinir, qürur hissi keçirir. Axı şəhidlər heç vaxt ölmür! Ona görə də biz Vaqifin şəhid ruhu qarşısında baş əyərək "rahat yat, Laçın artıq bizdədir” demək istəyirik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video