01 Dekabr 2020 16:16
471
SİYASƏT
A- A+

Prezident İlham Əliyevin Laçının işğaldan azad olunması münasibətilə xalqa müraciəti Misir KİV-lərinin diqqət mərkəzindədir


Misir KİV-ləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə xalqa müraciətinin tam mətnini yayıb.

Ölkəmizin Misirdəki səfirliyinin dəstəyi ilə AZƏRTAC-ın ərəb dilində təqdim etdiyi mətni baş xəbər kimi yerləşdirən "Aldiplomasy”, "Rayetmisr”, "Əlğad” informasiya portalları Azərbaycan Prezidentinin müraciətini dost ölkənin ictimaiyyətinin diqqətinə təqdim edib.

Qeyd olunub ki, dövlətimizin başçısı laçınlıların qısa müddət ərzində öz doğma torpaqlarına qayıdacağı üçün tədbirlər görüləcəyini, ermənilərin bu rayonda dağıtdığı infrastrukturun və evlərin bərpa ediləcəyini bildirib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev qələbə çalan və düşmənin başını əzən Azərbaycanın artıq yeni reallıq yaradığını, kapitulyasiya aktını imzalayan Ermənistan kimi, hər kəsin bu reallıqla barışmalı olacağını vurğulayıb. Əlavə edib ki, ölkəmiz BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini yerinə yetirdi, ərazi bütövlüyünü bərpa edərək işğala son qoydu. "Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur”, -deyə Müzəffər Ali Baş Komandan bəyan edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video