14:13 22 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrımdan
ANA SƏHİFƏ / MƏKTUBLAR
00:14 01.12.2020

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Döyüş meydanında qazandığınız və 2020-ci il 10 noyabr tarixli bəyanatla təsdiqlənən Qələbə münasibətilə Ali Baş Komandan olaraq Zati-alinizi, qəhrəman Azərbaycan Ordusunu, bu uğurlu mübarizənin arxasında qətiyyətlə dayanan Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

Əziz Vətən torpaqlarının azad edilməsi uğrunda aparılan bu müharibədə şəhid olan Azərbaycan əsgərlərinə, Ermənistanın xain hücumları nəticəsində həyatlarını itirən azərbaycanlı bacı və qardaşlarımıza rəhmət diləyir, yararlıların tezliklə sağalmasını arzu edirəm.

Siz "Dağlıq Qarabağ Azərbaycandır!” dediniz və sözünüzü yerinə yetirdiniz. 28 illik işğal müddətində haqqı tapdalanan və əziyyət çəkən Azərbaycan ədaləti öz imkanları hesabına təmin etdi, öz torpaqlarını özü geri aldı. Nümayiş etdirdiyiniz güclü liderlik bacarığınız və Azərbaycan Ordusunun apardığı mübarizə tarixə qızıl hərflərlə yazılacaq.

Necə ki, 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Bakıda bir olduq, necə ki, Azərbaycanın torpaqları işğal altında olarkən dərdiniz dərdimiz oldu, bu gün də Azərbaycanın şanlı Qələbəsinə sevindik, bundan qürur hissi keçirdik.

Azərbaycanın qətiyyətli mübarizəsi nəticəsində imzalanan razılaşmaların regionda davamlı sülh və sabitliyin bərqərar olmasına imkan yaradacağına inanırıq. Ümid edirik ki, Ermənistan artıq işğal və təcavüz siyasətinin nəticə verməyəcəyini anladı.

Əvvəlcədən dediyimiz kimi, bundan sonrakı prosesdə atılacaq addımlarda da Azərbaycanın yanında olacağıq. Digər ölkələrin parlamentlərində Azərbaycanın haqlı mübarizəsi barədə danışmaq və onu müdafiə etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Həmişəkindən daha güclü və yüksək səslə deyirik: Eşq olsun Azərbaycan xalqına! Eşq olsun qəhrəman Azərbaycan Ordusuna!

Dərin ehtiramla,

Şamil Ayrım

Türkiyə Böyük Millət Məclisinin deputatı,

Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM