23:22 27 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Fransada şənbə nümayişləri zamanı 62 polis əməkdaşı xəsarət alıb
ANA SƏHİFƏ / DÜNYA
20:24 29.11.2020

Fransada "Qlobal təhlükəsizlik barədə” qanun layihəsinin əleyhinə şənbə günü davam edən nümayişlər zamanı təhlükəsizlik qüvvələrinin azı 62 əməkdaşı xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Qurumun məlumatına əsasən, 23 polis Parisdə keçirilən etiraz aksiyasının gedişində, digərləri isə əyalətlərdə yaralanıb. Eyni zamanda hüquq-mühafizə orqanlarının əməkdaşları iğtişaşlarda iştirak edən 80-dən çox şəxsi saxlayıb.

Həmçinin iğtişaşlar zamanı suriyalı fotoqraf Əmir əl-Halbi başından zədə alıb. Beynəlxalq "Sərhədsiz reportyorlar” təşkilatının Baş katibi Kristof Deluar polisin 24 yaşlı fotomüxbirə qarşı zorakılığını qınayıb.

Noyabrın 28-də Fransanın 70 şəhərində polis əməkdaşlarının və jandarmın foto və videosunu çəkməyi qadağan edən "Qlobal təhlükəsizlik barədə” qanun layihəsi əleyhinə etiraz aksiyaları keçirilib. Kütləvi aksiyalar jurnalistlərin həmkarlar ittifaqı, İnsan Hüquqlarının Müdafiəsi Liqası və digər ictimai birliklər tərəfindən təşkil edilib.

Rəsmi məlumata əsasən, "Silahları endirin ki, biz də kameraları endirək!” şüarı altında keçirilən etiraz yürüşləri 133 min insanı bir araya gətirib. Nümayişlər bir çox şəhərdə iğtişaşlarla müşayiət olunub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM