23:39 27 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Misirin “Cümhuriyyə” nəşri: Azərbaycan Prezidenti heç kimin İslam abidələrini təhqir etməsinə imkan verilməyəcəyini bəyan edib
ANA SƏHİFƏ / SİYASƏT
16:39 29.11.2020

Misirin "Cümhuriyyə” nəşri "Azərbaycan Prezidenti heç kimin İslam abidələrini təhqir etməsinə imkan verilməyəcəyini bəyan edib” sərlövhəli məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, jurnalist Mustafa Yasinin müəllifi olduğu məqalədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad edilmiş Ağdam məscidinin qarşısında etdiyi çıxışdan sitatlar yer alıb. Qeyd olunub ki, Azərbaycanın dövlət başçısı məscidləri bağlayan, islamofobiya yayan dairələrin, yaxud müsəlman məbədlərinə kəsilmiş donuz başları atanların tolerantlıq nümunəsi olan Azərbaycana irad tuta bilməyəcəyini vurğulayıb.

Məqalədə Azərbaycanın dövlət başçısının dini-mənəvi dəyərlərə verdiyi əhəmiyyət diqqətə çatdırılıb. Qeyd olunub ki, Prezident İlham Əliyev bu kontekstdə deyib: "Bizim bütün tarixi abidələrimiz dövlət tərəfindən qorunur. Mənim göstərişimlə və dövlət vəsaiti hesabına hazırda iki pravoslav kilsəsi təmir edilir, üçüncü kilsə isə təmir olunub. İnzibati bina tikilir. Müharibə dövründə udi qardaşlarımızın kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verilib. Bizim Qafqaz Albaniyası kilsələri milli sərvətimizdir. Gürcü kilsələrimiz, erməni kilsəsi. Vəhşi düşmən bax, bu məsciddə inək saxlayıb, donuz saxlayıb. Bu şəkillər var internetdə. Azad edilmiş Zəngilan məscidində, Cəbrayıl məscidində donuz saxlayıb”.

O əlavə edib ki, bir neçə il əvvəl Ağdam məscidində olan ATƏT-in Minsk qrupunun həmsədrləri ermənilərin bu vəhşiliyinə biganə qalıb, beynəlxalq ictimaiyyət qarşısında heç bir məsələ qaldırmayıb. Eyni zamanda, bu cür vəhşiliklər Qərb liderlərində də heç bir narahatlıq yaratmayıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM