23:51 27 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Suqovuşan kəndinə gedən yolun mina və partlamamış sursatlardan təmizlənməsi işləri davam edir
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:37 29.11.2020

Tərtər rayonunun Suqovuşan kəndinə gedən avtomobil yolunun yenidən qurulması üçün ərazilərin minaladan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri davam edir.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) operativ qərargahının rəisi İdris İsmayılov jurnalistlərə müsahibəsində bildirib ki, təmizləmə işləri 3 istiqamətdə - əllə, mexaniki maşınlarla və minaaxtaran itlər vasitəsilə aparılır. Bu günədək 169 mina və partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. On kilometrlik yolun 8 kilometri artıq təmizlənib. Növbəti 3-4 gün ərzində isə yolun qalan hissəsi təmizlənərək təhvil veriləcək.

Ümumiyyətlə, sentyabrın 27-dən Agentlik tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 750 ədəd partlamamış hərbi sursat, 4500-ə yaxın piyada əleyhinə mina və 2000-ə yaxın tank əleyhinə mina aşkar edilərək götürülüb. Hazırda təmizlənməmiş ərazilərdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İ.İsmayılov bildirib ki, yaşayış məntəqələrinin təmizlənməsi 3-5, ərazilərin tamamilə təmizlənməsi isə 10 il müddətində nəzərdə tutulur. Qeyd edilən 10 il müddət dedikdə mina problemindən tamamilə azad olmaq, ucqar dağlıq ərazilərin, əkin, otlaq sahələrinin təmizlənməsi nəzərdə tutulur. İnsanların qayıdışı isə daha tez müddətdə həyata keçiriləcək.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM