22:48 27 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Fransanın RFİ radiosu Füzuli haqqında reportaj yayımlayıb
ANA SƏHİFƏ / SİYASƏT
16:32 29.11.2020

Fransanın beynəlxalq radiosu "RFİ” Azərbaycanın Ermənistan işğalından azad edilən Füzuli rayonundan reportaj hazırlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda 1990-cı illərin əvvəllərində ermənilərin işğal etdiyi Dağlıq Qarabağ ətrafındakı 7 rayondan biri olan Füzuli heç bir evin, kiçik ticarət mərkəzinin, hətta fermanın belə olmadığı diqqətə çatdırılır. Qeyd edilir ki, 30 ildir erməni işğalı altında qalan Füzuli boş səhranı xatırladır. Bildirilir ki, indi yalnız müharibə izlərinin göründüyü rayon bu il oktyabrın 17-də Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad edilib.

Müəllif vurğulayır ki, Füzulidə Azərbaycan Ordusu tərəfindən məhv edilmiş erməni hərbi texnikası sovet dövrünə aiddir. Əvəzində isə Azərbaycanın son illərdə hərbi sahəyə kifayət qədər büdcə ayırıb və ordunu müasir texnika ilə təmin edib.

Eyni zamanda, qeyd olunub ki, doğma evlərinə qayıtmaq istəyi ilə yaşayan Füzuli sakinləri bu yerlərin minalardan təmizlənməsi, eləcə də burada yaşayış infrastrukturunun yaradılması üçün bir neçə il gözləməli olacaqlar.

Reportajda, həmçinin bildirilib ki, burada uzun müddət heç kim yaşamayıb və şəhər yalnız dağıntılardan ibarətdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM