16:11 16 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
15:16 16.01.2021 Onlar bizə əmanət !
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Çin bərk məişət tullantılarının idxalını dayandırır
ANA SƏHİFƏ / DÜNYA
13:33 29.11.2020

Çin təkrar emal üçün xammal rolunu oynayan bərk məişət tullantılarının idxalını 2021-ci ildən tam dayandıracaq.

AZƏRTAC xəbər verir ki, Çinin ekologiya və kommersiya nazirliklərinin, Baş Gömrük Administrasiyasının birgə bəyanatına əsasən, yanvarın 1-dən etibarən həm də Çin ərazisindən xaricdən məişət tullantılarının toplanması, utilizasiyası da qadağan olunacaq. Bu qərar, bərk məişət tullantılarının idxalının mərhələli şəkildə azaldılması ilə bağlı 2017-ci ildə başladılan prosesin zirvəsidir. Çin həmin ilin sonunda çeşidlənməmiş kağız və tekstil tullantıları da daxil olmaqla 24 növ tullantının idxalını dayandırmışdı.

Qeyd edək ki, Çin 1980-ci illərdən xammal ehtiyatı kimi bərk məişət tullantılarının idxalına başlayıb və uzun illər dünyanın bu sahədə lider idxalçısı olub. Bəzi şirkətlərin vəziyyətdən yararlanaraq böyük məbləğdə qazanc əldə etmək üçün bərk məişət tullantılarının qanunsuz idxalı ilə məşğul olması ölkədə ekologiyaya və insanların sağlamlığa ziyan vurub. Son illər ekoloji vəziyyətlə bağlı çoxalan ictimai qınaqlar və Çinin "yaşıl" inkişaf səyləri fonunda bərk məişət tullantılarının idxalı ildən ilə azalıb. Belə ki, 2018-ci ildə 22,63 milyon ton tullantı idxal edilmişdisə, ötən il bu rəqəm 13,48 milyon ton olub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM