15:57 16 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
15:16 16.01.2021 Onlar bizə əmanət !
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Mənsum İbrahimov Ağdam şəhərində “Qarabağ şikəstəsi”ni ifa edib
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:23 29.11.2020

Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov rəhbərlik etdiyi "Qarabağ” muğam qrupunun üzvləri – Əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovla işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xalq artisti Mənsum İbrahimov Ağdam Dram Teatrının binasının qalıqları önündə "Qarabağ şikəstəsi”ni oxuyub. Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ifanı böyük maraqla dinləyiblər.

Mənsum İbrahimov AZƏRTAC-a müsahibəsində deyib: "Həm həyəcanlıyam, həm də böyük sevinc içindəyəm. 27 ildən sonra Ağdamımıza qovuşmuşuq. İşğaldan azad olunan Ağdam şəhərində ilk dəfə "Qarabağ şikəstəsi” oxudum. Ağdam şəhəri də 27 ildən sonra ilk dəfə "Qarabağ şikəstəsi” eşitdi. İndiyə qədər oxuduğum "Qarabağ şikəstəsi”ndə bir nisgil, həsrət var idi. Bu gün isə sevincdən oxuyuram. Ürəyimiz sevinir. Ağdamın havasını udaraq oxuyuram "Qarabağ şikəstəsi”ni. Bundan böyük xoşbəxtlik yoxdur. Bu xoşbəxtliyi bizə nəsib etdiyi üçün Müzəffər Ali Baş Komandana təşəkkür edirəm”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM