13:52 20 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
03:29 20.01.2021

11 qələbə müjdəsi


03:13 20.01.2021

Tələbə şəhid


02:52 20.01.2021

Şərəfli ömür yolu


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Mustafa Şentop: Azərbaycanın öz torpaqlarını azad etməsi Tarixi İpək Yolunu canlandıracaq
ANA SƏHİFƏ / SİYASƏT
23:57 28.11.2020

Qardaş Azərbaycan Qarabağı qətiyyətli bir hərbi zəfərlə geri alandan sonra Türkiyə ilə Orta Asiyada yaşayan qardaşlarımız arasında birbaşa dəmir və avtomobil yolları ilə əlaqə qurulması üçün şanslar yaranıb. Cümhuriyyətimizin banisi qazi Mustafa Kamal Atatürkün Naxçıvanla sərhəd yaradılmasına verdiyi önəm və sərhəd qapısını açıq tutmaq üçün göstərdiyi səylər illər sonra öz səmərəsini verib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Təkirdağ-Hayrabolu avtomagistralının Kandamış hissəsinin açılış mərasimindəki çıxışında deyib.

Azərbaycanın öz torpaqlarına qovuşmasının, eləcə də Türkiyənin yol-infrastrukturuna böyük məbləğdə sərmayə yatırmasının əhəmiyyətindən danışan parlamentin sədri Mustafa Şentop bildirib: "Ölkə olaraq qovuşmaq anlayışının sevincini yaşayırıq. Tarixi İpək Yolunu birlikdə canlandıracağıq. Orta Asiyada yaşayan qardaşlarımızla da iqtisadi, mədəni, siyasi və hərbi əlaqələrimiz genişlənəcək. Ölkəmizdə həyata keçirdiyimiz infrastruktur sərmayələrini və bu sahədəki təcrübəmizi Orta Asiyaya da daşıyacağıq.”


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM