Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
Şimali Koreyada koronavirus pandemiyası dövründə iqtisadi çətinliklər fonunda azı 2 məmuru edam ediblər. Bu barədə "Associated Press" agentliyi xəbər verir.
Bildirilir ki, bir məmur sərhəddə pandemiyaya görə gücləndirilmiş gömrük nəzarəti fonunda ölkəyə qadağan olunmuş malların gətirilməsinə görə edam olunub. Başqa bir yüksək vəzifəli məmur valyuta mübadiləsində fırıldaqçılıq ittihamı ilə edam edilib.
Məlumata görə, KXDR rəhbəri Kim Çen In son zamanlar iqtisadi çətinliklər fonunda müxtəlif "cəfəng"addımlar atıb, məsələn xammalın qiymətini qaldırıb və sənaye istehsalının həcmini azaldıb.
Bundan başqa, koronavirusa yoluxma təhlükəsinə görə balıq ovu və duz istehsalının dayandırılması tapşırılıb.
Pxenyanda və Çaqando əyalətində təcrid rejimi tətbiq edilib. Həmçinin bildirilir ki, koronavirusun qarşısının alınması üzrə tədbirlər fonunda Koreya Əmək Partiyasının gələn ilin əvvəlində keçirilməsi planlaşdırılan qurultayı təxirə salına bilər.