28 Noyabr 2020 19:26
587
SİYASƏT
A- A+

Yeni torpaqlar əkin dövriyyəsinə qatılır


Əkinçiliyin inkişafı sahəsində həyata keçirilən tədbirlər sırasında müasir yeni irriqasiya sistemlərinin qurulması mühüm əhəmiyyət daşıyır. Hər il muxtar respublikada bu istiqamətdə silsilə tədbirlər görülür, mütərəqqi suvarma şəbəkələri tikilir, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Su təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafı ilə yanaşı, torpaq ehtiyatlarının qorunmasına da şərait yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair” Tədbirlər Planına uyğun olaraq bu sahədə işlər davam etdirilir, yeni nasos stansiyaları tikilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətimdən AZƏRTAC-a bildirilib ki, noyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Araz çayında inşa olunacaq yeni nasos stansiyasının layihəsinə və əkin dövriyyəsinə qatılacaq yeni əraziyə baxıb.

Məlumat verilib ki, nasos stansiyası 2091 hektar torpaq sahəsini əkin dövriyyəsinə qatacaq. Ərazidə 3 nasos qurulacaq ki, onlardan biri ehtiyat üçün nəzərdə tutulub. Nasoslar saniyədə 1500 litr suvurma gücünə malikdir. Diametri 1000 millimetr olan borularla 5600 metr xətt çəkiləcək. Boru xəttindən sonra isə su beton kanallar vasitəsilə sahələrə veriləcək. Həmçinin nasos stansiyası vasitəsilə "Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan əkin sahələrini də su ilə təmin etmək mümkün olacaq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib ki, muxtar respublikada yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması davam etdirilir. Hazırda Külüs kəndi ətrafında 400 hektar torpaq sahəsi üçün qurulan nasos stansiyasına 10 kilometr məsafədən elektrik xətti çəkilir. Bu ərazidə isə 2100 hektara yaxın sahə əkin dövriyyəsinə əlavə olunacaq. Bu da hər il ortalama 6 min tona yaxın məhsul istehsalı deməkdir. Muxtar respublikada torpaqların münbitliyinin artırılması ilə bağlı yeni Tədbirlər Planı təsdiq olunub. 2021-2025-ci illərdə 8 min hektara yaxın torpaq sahəsində şoranlaşma və çəmənləşməyə qarşı, eləcə də digər meliorativ tədbirlər aparılacaq.

Ali Məclisin Sədri muxtar respublikada əhalinin hər il artdığını, ona görə də ərzaq təminatı sahəsində, xüsusilə kənd təsərrüfatında işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb, tikinti işlərinə başlanması, ərazinin xəritəsinin hazırlanması və "Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi ilə bağlı tapşırıqlar verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video