15:22 16 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
15:16 16.01.2021 Onlar bizə əmanət !
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən TƏBİB-ə 10 ədəd “Döyüş yaralıları üçün tibbi yardım dəsti” ianə edilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:06 28.11.2020

Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) 10 ədəd "Döyüş yaralıları üçün tibbi yardım dəsti” (War Wounded Kit) ianə edilib.

TƏBİB-dən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin səhiyyə proqramı üzrə məsul əməkdaşı Tərlan Ağayev ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri Ramin Ağayev sözügedən yardımın qəbul edilməsi məqsədilə təhvil-təslim mərasimində iştirak etmişdi. Qeyd olunan dəstin 1 ədədi 50 nəfər ağır döyüş yaralısına keyfiyyətli tibbi yardım göstərilməsi üçün nəzərdə tutulur.

Bundan başqa, 30.09.2020-ci il və 19.10.2020-ci tarixlərində komitə tərəfindən TƏBİB-in tabeliyində olan "Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası” publik hüquqi şəxsinə sarğı materialı, əlcəklər və s. tibbi sərfiyyat materialları ianə edilib. Qeyd olunan ianə komitənin nümayəndəsi Tərlan Ağayev tərəfindən stansiyanın direktoru Mirələm Calalova təhvil verilib. Bu ianələr dəstək üçün müxtəlif stansiya və xəstəxanalara paylanılıb.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM