15:53 16 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
15:16 16.01.2021 Onlar bizə əmanət !
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Əbu-Dabidə dünya rekordu: 144 mərtəbəli bina 10 saniyəyə sökülüb
ANA SƏHİFƏ / DÜNYA
16:22 28.11.2020

Əbu-Dabi şəhər bələdiyyəsi "Ginnesin Rekordlar” kitabına daxil edilən söküntü işi həyata keçirib.

AZƏRTAC xəbər verir ki, hündürlüyü 165 metr olan 144 mərtəbəli "Mina Tauer” mərkəzinin binası cəmi 10 saniyəyə sökülüb.

Əbu-Dabi şəhərinin media ofisindən yayılan məlumatda deyilir ki, bina Mina Zayid ərazisində yeni ticarət mərkəzinin tikilməsi layihəsi çərçivəsində sökülüb. Partlayıcı qurğu vasitəsilə və tamamilə təhlükəsiz qaydada həyata keçirilən söküntü işləri cəmi 10 saniyəyə başa çatıb. Ətrafdakı tikililərə zərər dəyməyib.

Qeyd edək ki, 2 il əvvəl də Əbu-Dabi şəhərində ADNOC milli neft şirkətinin iki hündürmərtəbəli binası sökülmüşdü.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM