08:05 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:35 24.01.2021

Xalq artisti Eldar Quliyevə


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

YAP-ın Siyasət Akademiyasının Ermənistan-Azərbaycan münaqişəsinin hərbi həll yolu və yeni sülh prosesi mövzusunda kursu keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
16:18 28.11.2020

Noyabrın 28-də Yeni Azərbaycan Partiyasının (YAP) Siyasət Akademiyasının "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: hərbi həll yolu və yeni sülh prosesi” mövzusunda videokonfrans formatında kursu keçirilib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kursun rəhbəri, Milli Məclisin deputatı Elman Nəsirov mövzu barədə məlumat verib, ölkəmizin 44 günlük Vətən müharibəsi dövründə qazandığı parlaq Qələbədən bəhs edib.

Sonra YAP İcra Katibliyinin Təşkilat şöbəsinin müdiri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov mövzu haqqında məruzə ilə çıxış edib. A.Hüseynov qeyd edib ki, Azərbaycan 30 il ərzində münaqişənin sülh yolu ilə həllinə ümid edirdi. Bu baxımdan, konstruktivlik nümayiş etdirərək sülh prosesinə sadiqlik nümayiş etdirirdi. Amma işğalçı Ermənistan müxtəlif bəhanələrlə status-kvonu qoruyub saxlamağa çalışırdı. Eyni zamanda, münaqişənin nizamlanması prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün ciddi addımlar atmayıb, təcavüzkara qarşı heç bir təzyiq göstərməyiblər.

A.Hüseynov bildirib ki, belə olan halda sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayıb. Qırx dörd gün davam edən Vətən müharibəsində Azərbaycan xalqı böyük qələbə qazanıb: "Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz 44 gün ərzində böyük şücaət göstərərək bu qələbəni təmin ediblər. Döyüş meydanında qazanılan uğurlarımız Nikol Paşinyanı məcbur edib ki, noyabrın 10-da Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında bəyanatı imzalasın. Bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bütövlükdə, bu Vətən müharibəsi Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya göstərib. Bu dövrdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev həm hərb meydanında, həm diplomatik müstəvidə, həm də informasiya müharibəsində böyük üstünlük nümayiş etdirib. Qazandığımız qələbədə bu amil müstəsna rol oynayır. Eyni zamanda, qələbəmiz "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur” deyən beynəlxalq dairələrə bir cavab olub. Artıq münaqişənin hərbi mərhələsi başa çatıb. Noyabrın 10-da imzalanmış birgə bəyanata əsasən razılaşmaların həyata keçirilməsi davam edir”.

Daha sonra Aydın Hüseynov kurs iştirakçılarının suallarını cavablandırıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM