08:29 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:35 24.01.2021

Xalq artisti Eldar Quliyevə


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Mixail Qusmanın “Anatoli Dobrınin. Səfirin həyatından 24 il və 14 gün” filminin Azərbaycanda premyerası olub
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
16:11 28.11.2020

Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın "Anatoli Dobrınin. Səfirin həyatından 24 il və 14 gün” adlı sənədli filminin CBC telekanalında premyerası olub. Filmdə SSRİ ilə ABŞ arasında ən dramatik qarşıdurmalardan birindən – 1962-ci ildə başlanmış Karib böhranından bəhs edilir. Bu böhranın nizamlanmasında Anatoli Fyodoroviç Dobrınin əvəzsiz rol oynayıb.

Anatoli Dobrınin 1962-ci ildə SSRİ-nin ABŞ-da səfiri təyin edilib və demək olar ki, əsrin dörddəbiri qədər bu vəzifədə çalışıb. Bu müddətdə Birləşmiş Ştatlara altı prezident rəhbərlik edib. O vaxt hələ gənc olan sovet diplomatı Anatoli Dobrıninin ünsiyyətdə olduğu ilk ABŞ Prezidenti Con Kennedi idi. Dobrınin ilə Kennedi arasında etimada əsaslanan münasibətlər yaranması Karib böhranının həllində və daha sonra "Raketdənmüdafiə Sistemlərinin Məhdudlaşdırılması haqqında” Müqavilənin imzalanmasında müstəsna rol oynayıb.

AZƏRTAC xəbər verir ki, filmə nadir sənədli sübutlar və o dövrün mühüm tarixi hadisələrinin bilavasitə iştirakçıları – Anatoli Dobrıninin özü, ABŞ-ın sabiq müdafiə naziri Robert Maknamara, Birləşmiş Ştatların o vaxtkı dövlət katibi Henri Kissincer və bir sıra başqa diplomatlarla müsahibələr daxil edilib.

Tarixi-sənədli filmin müəllifi Mixail Qusman Anatoli Dobrıninlə şəxsən tanış idi. Onlar 1975-ci ildə tanış olublar. İllər keçəndən sonra Mixail Qusman sovet diplomatiyasının əfsanəsi ilə geniş müsahibəni lentə alıb və həmin müsahibə filmin süjet xəttinin əsasını təşkil edib. Mixail Qusman bu film barədə azərbaycanlı tamaşaçılara məlumat verərək deyib ki, onun bu ekran əsəri Anatoli Dobrıninin 100 illiyinə həsr edilib və bu görkəmli diplomatın xatirəsinə hörmət əlamətidir. Çox cəhətdən məhz Dobrıninin səyləri sayəsində dünya nüvə müharibəsi təhlükəsindən xilas olub.

Mixail Qusman sənədli filmin CBC telekanalında göstərilməsindən əvvəl söylədiyi ön sözdə deyib: "Biz dünyamızın nə qədər kövrək olduğunu və çox vaxt özümüz də bunu dərk etmədən fəlakətli həddə yaxınlaşdığımızı, bəşəriyyətin necə dəhşətli təhdidlərlə üzləşməli olduğunu göstərmək istəmişik.

Mən bu filmin hələ yaz aylarında Bakıda göstərilməsini planlaşdırırdım, lakin gözlənilmədən meydana çıxmış pandemiya planlarımızı dəyişdirdi.

Münaqişələrin həllində diplomatik səylərin rolunu lazımınca qiymətləndirmək çətindir. Biz bunu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması nümunəsində aşkar gördük. Rusiya və Azərbaycan prezidentlərinin çox böyük diplomatik səyləri, Ermənistanın baş naziri tərəfindən vəziyyətin başa düşülməsi üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Mənə belə gəlir ki, bununla əlaqədar film həm süjet baxımından maraq doğuracaq, həm də dünyamızın bu gün də çox kövrək olduğunu anlamaq üçün ibrət dərsi olacaq”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM