19:49 17 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:31 17.01.2021

Zəfər salnaməsi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Rəcəb Tayyib Ərdoğan: Bu il yalnız COVID-19-la deyil, İslam düşmənçiliyi virusu ilə də mübarizə aparmağa məcbur olduq
ANA SƏHİFƏ / DÜNYA
14:05 28.11.2020

  1. Bu il yalnız COVID-19-la deyil, ondan daha sürətlə yayılan İslam düşmənçiliyi virusu ilə də mübarizə aparmağa məcbur olduq. Uzun illər demokratiyanın beşiyi olaraq qiymətləndirilən ölkələrdə irqçilik, ayrı-seçkilik artıq özünü açıq şəkildə göstərir.

  2. Türkiyə olaraq Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyaya qədər İslam coğrafiyasının fərqli yerlərində yaşanan çətinliklərə bu anlayışla baxırıq. Zalımlar qarşısında dik dayanır, kimliyindən asılı olmayaraq məzlumun əlindən tuturuq. Terror təşkilatları ilə amansız mübarizə apararaq, bizim üçün müqəddəs olana qarşı həddini bilməyənlər qarşısında reaksiyamızı göstərməkdən çəkinmirik.

  3. AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Müsəlman Cəmiyyətinin XXIII illik Konqresində videokonfrans formatında çıxışında ifadə edib.

  4. Türkiyə Prezidenti deyib: "Əsrlər boyu fərqli mədəniyyətlərə və inanclara ev sahibliyi edən bir ölkə olaraq etnik və məzhəb əsaslı qarşıdurmaların qarşısını almağa çalışırıq. Xüsusilə dini azadlıq mövzusunda bütün insanlığa nümunə olacaq ədalətli və inamlı bir siyasət yürüdürük”.

  5. Bu il insanlığın koronavirusla mübarizə apardığını vurğulayan Prezident Ərdoğan bildirib: "İndiyədək təxminən 1,5 milyon insanın həyatını itirməsinə səbəb olan pandemiya sürətlə yayılmağa davam edir. Pandemiya dövründə 156 ölkə və 9 beynəlxalq təşkilata tibbi yardım göstərmişik. Pandemiya bizə, sadəcə, acizliyimizi deyil, heç bir dinə, dilə, irqə və ölkəyə fərq qoymadan bütün insanlığın taleyinin ortaq olduğunu da xatırlatdı”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM