04:22 22 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:47 22.01.2021

Co Bayden Ağ evdə


00:40 22.01.2021

BİLDİRİŞ


00:39 22.01.2021

BİLDİRİŞ


00:39 22.01.2021

BİLDİRİŞ


00:38 22.01.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Hicran Hüseynova: Prezidentin təsdiq etdiyi Milli Fəaliyyət Planı məişət zorakılığı hallarının aradan qaldırılmasına mühüm töhfədir
ANA SƏHİFƏ / CƏMİYYƏT
10:12 28.11.2020

Ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsi olaraq bu gün hər 3 istiqamətdə əsaslı nailiyyətlər əldə olunub. Xüsusilə də bu sahədə bir sıra mühüm qanunlar qəbul edilib və davamlı islahatlar aparılıb. Həmin qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan verib. Bu qanunların qəbul edilməsində respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çox böyük rolu olub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.

Hicran Hüseynova deyib: "Prezident İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Əhalinin rifah halının yaxşılaşdırılıması üçün həyata keçirilən sosial islahatlar nətiscəsində hər bir təbəqənin hüquq və azadlıqları nəzərə alınır və bu proses davam etməkdədir.

Lakin bütün bunların fonunda qadınlara qarşı zorakılıq, bütövlükdə məişət zorakılığı, cinsi mənsubiyyətinə görə tətbiq edilən zorakılıq həm cəmiyyətimiz, həm də dövlətimiz üçün çox aktual olan mövzulardandır. Ölkəmiz 1995-ci ildən Qadınlara qarşı ayrı-seçkiliyin bütün formaların ləğv edilməsi haqqında Konvensiyanı ratifikasiya edib və hər beş ildən bir dövrü hesabat verir. Məlum olduğu kimi, 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Qanunun tətbiqi ilə bağlı bir sıra mexanizmlər müəyyən edilib və Nazirlər Kabinetinin qərarı ilə 5 sənəd qəbul olunub. Bu qanunun implementasiyası üçün 2012- 2019-cu illər ərzində respublikanın rayon və şəhərlərində mövzusunda məhkəmə işçilərinin, hakimlərin, hüquq-mühafizə orqanlarının, nazirliklərin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə regional konfranslar, təlimlər, dəyirmi masalar, sorğular keçirilib. Eyni zamanda, 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər) 3.5.2.1-ci bəndinin icrası məqsədilə yerli icra hakimiyyəti orqanlarında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb. Həmçinin "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da gender əsaslı zorakılıq hallarının qarşısının alınması, ölkədə gender bərabərliyinin təmin edilməsi üzrə tədbirlərin görülməsi məsələləri öz əksini tapıb. Qadınlara qarşı zorakılıq yeni qəbul olunmuş Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi çərçivəsində qlobal dayanıqlı inkişafa maneə kimi qəbul edilib. Qadınlara qarşı zorakılığın aradan qaldırılması ilk dəfə qlobal inkişaf məqsədlərinin (Məqsəd 5.2) prioritetlərindən biri kimi təyin olunub və bizim də bu sahədə öhdəliklərimiz var.

Zorakılıq ailələri və cəmiyyətləri bir araya gətirən ictimai əlaqələri zəiflədir. Bütövlükdə ölkələrin sosial sabitliyə və iqtisadi inkişafa nail olmasına mane olur. Hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusudur. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Qadınlara qarşı zorakılığın mühüm nəsillərarası fəsadları da var ki, buraya uşaqların (məs. körpə ölümü səviyyəsinin yüksək olması, təhsil göstəricilərinin aşağı olması, zorakılığa məruz qalma və ya yetkinlik dövründə zorakılıq törətmə), ailələrin (boşanma səviyyəsinin artması və ailələrin dağılması, qeyri-stabil yaşayış yeri və nəsillərarası münasibətlər) məruz qaldığı təsirlər daxildir.

Buna görə də məsələyə adekvat münasibətin göstərilməsi son dərəcə zəruridir. Məhz bu baxımdan, noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı qarşımızda dayanan vəzifələrin yerinə yetirilməsinə mühüm töhfə verəcəkdir. Bu sənədin əsas əhəmiyyətlərindən biri də müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən (AQUPDK) Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumatın verilməsidir. Bu isə həmin istiqamətdə fəaliyyət göstərən dövlət və qeyri-dövlət qurumlarının məsuliyyətini bir daha artırır. 21 ildir ki, BMT-yə üzv dövlətlər 25 nöyabr tarixini "Qadınlara münasibətdə zorakılıqla Beynəlxalq mübarizə günü” kimi qeyd edir və 16 günlük fəallıq kampaniyası keçirir. Bu günlərdə belə bir sənədin qəbul olunması xüsusi mahiyyət daşıyır”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM