19:32 16 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
15:16 16.01.2021 Onlar bizə əmanət !
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan-Özbəkistan İşgüzar Şurasının birinci iclası keçirilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:28 28.11.2020


Noyabrın 27-də Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Azərbaycan-Özbəkistan İşgüzar Şurasının birinci iclası keçirilib.

İclasda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Özbəkistan Ticarət və Sənaye Palatasının sədri Adxam İkramov, Özbəkistanın Azərbaycandakı səlahiyyətli səfiri Baxrom Aşrafxanov, Azərbaycanın Özbəkistandakı səlahiyyətli səfiri Hüseyn Quliyev, Özbəkistan Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin sədr müavini Uluğbek Azamov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun İnvestisiyaların Təşviqi Departamentinin direktoru Zöhrab Qədirov, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Rüfət Atakişiyev, Özbəkistan Əczaçılıq Sənayesinin İnkişafı Agentliyinin direktor müavini Alişer Temirov və sahibkarlar iştirak ediblər.

Şuranın iclasını açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, ölkələrimizdə mövcud siyasi sabitlik iqtisadiyyatımızın inkişaf üçün əsas münbit şərait yaradır. Onun sözlərinə görə, erməni separatçılarının Azərbaycan torpaqlarını işğal etməsi uzun müddət region üçün potensial risk yaradırdı.

Azərbaycanın əks-hücum əməliyyatı nəticəsində qazanılan Böyük Qələbəyə görə ölkə sahibkarları adından prezident İlham Əliyevə və Şanlı Ordumuza təşəkkür edən M.Musayev bir milyondan çox qaçqın və köçkün soydaşlarımızın öz doğma yurdlarına qayıdacağını qeyd edib. "İşğal zamanı Azərbaycan vətəndaşlarına, eləcə də dövlətə məxsus böyük həcmdə mülklər məhv edilib. Hazırda işğal altında qalan torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması prosesi davam edir. Cenevrə Konvensiyasına zidd olaraq Azərbaycan ərazisində qanunsuz məskunlaşdırma aparılıb və azərbaycanlıların evlərinə sığınan erməni separatçıları indi də vandalizm hərəkərlərini davam etdirirlər. Torpaqlarımızdan çıxarkən ermənilər tərəfindən nadir ağaclar, flora və fauna məhv edilir, evlər yandırılır. Bu vurulan zərərin həcmi isə milyardlarla ölçülür”, - deyə M.Musayev vurğulayıb.

ASK prezidenti dövlətlərimiz arasında ticarət dövriyyəsinin həcminin 2019-cu ildə 82 milyon dollar olduğunu, Azərbaycan ilə Özbəkistan arasında iqtisadi əlaqələrin arealının genişləndiyini diqqətə çatdıran Konfederasiya prezidenti Naxçıvan dəhlizinin açılması ilə Cənubi Qafqazı, Türkiyəni Orta Asiya türk dövlətləri ilə birləşdirəcək səmərəli tranzit əlaqələrinin yaranacağını söyləyib. Azərbaycan sahibkarlarının azad olunmuş torpaqların sosial-iqtisadi inkişafında böyük məsuliyyət daşıdığını qeyd edən M.Musayev Özbəkistan investorlarını Qarabağa sərmayə yatırmağa dəvət edib.

Özbəkistan Ticarət və Sənaye Palatasının sədri Adxam İkramov İşgüzar Şuranın birinci iclasına uğurlar arzulayaraq, noyabrın 2-də Türk Ticarət və Sənaye Palatasının Bakı görüşü çərçivəsində onları qəbul etdiyinə görə Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevə təşəkkürünü bildirib: "Azərbaycan münaqişənin həllinə nail oldu və "Qarabağ Azərbaycandır!” ifadəsini artıq bütün dünya qəbul etdi. Biz şadıq ki, haqq öz yerini tapır və bu, bizim üçün böyük qürurdur”.

İşgüzar Şuranın yaradılması ilə bağlı səylərinə görə M.Musayevə minnətdarlıq edən A.İkramov Azərbaycandan Özbəkistana gələn sahibkarları böyük məmnuniyyətlə qəbul etdiyini söyləyib. Onun sözlərinə görə, pandemiya olmasına baxmayaraq, ötən 8-9 ay ərzində Özbəkistanda Azərbaycan kapitallı 65 müəssisə fəaliyyətə başlayıb. O bildirib ki, Özbəkistan Azərbaycan vasitəsilə Avropaya çıxa bilər və bu yolda Azərbaycan xüsusilə vacib geosiyasi məkanda yerləşir. "Özbəkistan daim Azərbaycanın dostudur və yanındadır”, - söyləyən Palata sədri Şurada təmsil olunan özbək sahibkarlar haqqında iştirakçılara məlumat verib.

Tədbirin moderatoru Vüqar Zeynalov ilk Türk Ticarət Evinin Bakıda açılacağı ilə bağlı Türk Ticarət və Sənaye Palatasının qərarı olduğunu bildirərək, Azərbaycan-Özbəkistan işgüzar münasibətlərində daha intensiv yeni əməkdaşlıq dövrünün başlandığını qeyd edib.

Şuranın iclasında "Qarabağın iqtisadi potensialı ilə bağlı təqdimat” təqdim edilib və hər iki ölkənin əczaçılıq, turizm sektoru, investisiya imkanları, vergi-gömrük sistemi ilə bağlı suallar cavablandırılıb.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM