27 Noyabr 2020 19:42
467
SİYASƏT
A- A+

Misir portalı Azərbaycandakı dini konfessiya liderlərinin Qarabağdakı abidələrlə bağlı bəyanatını yayıb


Misirin "Aldiplomasy” portalı Azərbaycandakı dini konfessiya liderlərinin Qarabağda ermənilər tərəfindən dağıdılan və vandalizm aktına məruz qalan dini abidələrlə bağlı bəyanatının tam mətnini yayıb.

AZƏRTAC xəbər verir ki, portalda Misir ictimaiyyətinə təqdim edilən birgə bəyanatda Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin tarixi-mədəni abidələrimizin bərpası sahəsində görüləcək işlərə xeyir-dua verdiyi qeyd olunur. Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev öz müraciət və müsahibələrində ölkənin digər ərazilərindəki kimi, işğaldan azad edilmiş torpaqlarda da bütün dini və mədəni abidələr, ibadət evlərinin bərpa ediləcəyini, hər bir insanın inancına hörmətlə yanaşılacağını, sülh şəraitində birgəyaşayışın təmin olunacağını dəfələrlə vurğulayıb.

Bəyanatda diqqətə çatdırılır ki, əsrlər boyu Azərbaycanda firavan yaşayan və öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirən pravoslav və katolik xristianlar, Dağ yəhudiləri, Alban-udi xristianları, aşkenazi-Avropa yəhudiləri və digər dini icmalarının rəhbərləri Azərbaycanın bu sülhpərvər siyasətini dəstəkləyir, tariximizin və mədəniyyətimizin bərpası sahəsində görüləcək möhtəşəm quruculuq işlərinə xeyir-dualar verirlər.

Bəyanat dünya ictimaiyyətinə müraciətlə tamamlanır: "Biz, Azərbaycandakı dini konfessiya rəhbərləri xarici ölkələrin dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatların rəhbərlərinə, dini liderlərə və dünya ictimaiyyətinə müraciət edərək, onları ölkəmizdə və yaşadığımız bölgədə sülh, əmin-amanlıq və birgəyaşayışın bərqərar olmasına dəstək verməyə çağırırıq!”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video