27 Noyabr 2020 19:38
460
SİYASƏT
A- A+

BERNAMA agentliyi: Azərbaycan parlamenti Fransa Senatının qətnaməsini pisləyir


Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Fransa Senatının Dağlıq Qarabağla əlaqədar qəbul etdiyi qərəzli qətnamə barədə Azərbaycan Respublikası Milli Məclisinin bəyanatı barədə məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, agentliyin bildirdiyinə görə, noyabrın 26-da qəbul edilən bəyanatda Milli Məclis Fransa senatı tərəfindən "Dağlıq Qarabağ respublikası” adlı qondara qurumun tanınması zərurətinin irəli sürülməsini kəskin tənqid edib.

Bəyanatdan gətirilmiş sitatda deyilir: "Fransa senatının bu addımı Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə qlobal strategiyası, o cümlədən Avropa İttifaqı Şurasının dövlətlərin ərazi bütövlüyü barədə 2016-cı ildən bəri ardıcıl qəbul etdiyi sənədlər çərçivəsində Fransa Respublikasının üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır”.

Sənəddə vurğulanır ki, dünyanın heç bir ölkəsi qondarma "respublika”nı tanımayıb və belə bir qətnamənin qəbulu ciddi problemlərə səbəb ola bilər. Qətnamənin müddəalarının həyata keçirilməsi Avropa İttifaqına və onun "Şərq Tərəfdaşlığı” proqramına sarsıdıcı zərbə vurmaq potensialı daşıyır.

Məlumatda Azərbaycan parlamenti adından qeyd edilir ki, təqribən 30 ilə yaxın bir dövrdə davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin səbəbləri sırasında beynəlxalq vasitəçi rolunu oynamış dövlətlərin, xüsusən Fransanın təcavüzkarı öz adı ilə çağırmaması, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymaması olub.

Yazıda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Fransa, Rusiya və ABŞ-ın həmsədrliyi ilə 1992-ci ildə münaqişənin həlli məqsədilə yaradılmış Minsk qrupu barədə də məlumat verilir. Bildirilir ki, 28 ildə keçirilmiş çoxsaylı görüşlər və aparılmış müzakirələr heç bir nəticə verməyib.

Milli Məclisin qəbul etdiyi bəyanata əsasən qeyd edilir ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı sənəd Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycan torpaqlarının işğalına son qoymaqla yanaşı, həmçinin Cənubi Qafqaz bölgəsinin gələcək inkişafı üçün yol açıb.

Bəyanata istinadla bildirilir ki, sülh razılaşması beynəlxalq hüququn normalarının və prinsiplərinin üstünlüyünü bərqərar edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video