09:05 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:35 24.01.2021

Xalq artisti Eldar Quliyevə


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yaralı olduğu halda əsgər yoldaşını xilas edən qazi: Döyüşlərə qorxu bilmədən atılırdıq
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:30 27.11.2020

Döyüş meydanında qəhrəmanlıqlar göstərən igid Azərbaycan oğullarının şücaətləri dillərə dastan oldu. Torpaqlarımızı işğaldan azad etmiş Vətən oğullarının hər birinin döyüş yolu, müharibə xatirələri var. Onların keçdiyi bu şərəfli yol olduqca maraqlı və qürurvericidir.

AZƏRTAC xəbər verir ki, Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanov rayonun Bozalqanlı kəndində yaşayır. O Vətən müharibəsinə könüllü qatılıb, döyüşlərdə iştirak edib. Bədir kəndlərindən onlarla dost-tanışının döyüşlərə getdiyini eşidəndə evdə otura bilmədiyini deyib.

Qazi Bədir Süleymanov torpaqlarımızın işğaldan azad olunması zamanı əldə edilən qələbənin bir səbəbi kimi isə əsgərlərin döyüş ruhunun həddindən artıq yüksək olmasını göstərir: "Ordumuzda əhval-ruhiyyə çox yüksək idi. Bu, elə bil inam yaradırdı ki, erməni ilə üz-üzə gələndə onların biri bizə ancaq 5-10 güllə ata bilərdi, sonra isə avtomatı tullayıb qaçırdı. Onda bilirdik ki, qalib gəlirik və düşməni qovmağa başlayırdıq... Bütün əsgərlərimiz qorxmadan, şir kimi döyüşürdü. Şükür ki, biz qalib gəldik. Prezidentimizin tutduğu yumruq kimi bir olduq, birlikdə qalib gəldik”.

Fizuli, Laçın və Xocavənd istiqamətində döyüşlərdə iştirak edən Bədir Süleymanov əlindən yaralansa da, yaralı əsgər yoldaşını da döyüş meydanından çıxararaq onu xilas edib.

Bədirin iki körpə övladı var. Atalarının gəlişinə ən çox sevinən də elə onlardır. Qazimizin anası Aybəniz Salmanova isə övladı ilə fəxr etdiyini deyir: "Bədir mənim fəxrimdir. Müharibə başlayanda mənə zəng edib dedi ki, könüllü olaraq cəbhəyə gedirəm. Mən onun övladlarının yanına gəldim. O, cəbhəyə yollandı, Xocavənddə yaralandı. Gələndə onu qəhrəman oğul kimi qarşıladım. Mən ordumuzla, Prezidentimizlə fəxr edirəm. Çünki xalqımız, ordumuz dövlətimizin başçısının ətrafında bir yumruq kimi birləşərək düşməni əzdi, torpaqlarımızı işğaldan azad etdi”.

Əlindən yaralanan Bədir sağalacağı günü gözləyir. Fikri-zikri döyüş yoldaşlarının yanında olan igid hərbçimiz sağalan kimi silahdaşlarının yanına qayıdacağını deyir.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM