27 Noyabr 2020 19:24
492
SİYASƏT
A- A+

YAP İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib


Noyabrın 27-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Fransa Senatının qondarma "Dağlıq Qarabağ respublikası”nın tanınmasının tövsiyə edilməsinə dair noyabrın 25-də qəbul etdiyi qətnamə müzakirə edilib, həmin sənədin münaqişənin həlli istiqamətindəki səylərə, eləcə də ölkələrimiz arasındakı münasibətlərə mənfi təsirləri barədə fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, bu qətnamə beynəlxalq aləmdə ən qeyri-obyektiv, zərərli və prinsipsiz sənəd hesab edilməlidir. Bu qətnamənin timsalında beynəlxalq ictimaiyyət vasitəçinin öz vəzifə borcuna hansı prizmadan yanaşmasının şahidi olub.

Müzakirələrdə vurğulanıb ki, BMT Təhlükəsizlik Şurasının verdiyi mandata uyğun olaraq, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasında vasitəçilik missiyasını yerinə yetirməli olan Fransadan tələb olunan ən mühüm şərt obyektivlik, tərəfsizlik və qərəzsizlikdir. Lakin Fransa Senatı noyabrın 25-də Dağlıq Qarabağın tanınması haqqında məsuliyyətsiz qətnamə qəbul etməklə üzərinə götürdüyü öhdəliklərə məhəl qoymaq fikrində olmadığını nümayiş etdirib.

Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının üzvü kimi Fransadan istənilən mübahisəli məsələlərdə ədalətli mövqe nümayiş etdirmək məsuliyyəti tələb olunur. Bu məsuliyyəti dərk etməyən Fransanın beynəlxalq münasibətlərlə əlaqədar taleyüklü qərar qəbul etmək, hakim rolunu oynamaq səlahiyyəti ciddi suallar doğurur. Fransa Senatının qəbul etdiyi bu qətnamə BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş qətnamələrdə əks olunan beynəlxalq hüquq və prinsiplərlə daban-dabana ziddiyyət təşkil edir.

İclasda xüsusilə vurğulanıb ki, Fransa Senatının qəbul etdiyi məlum qətnamənin Minsk qrupunun fəaliyyətinə ağır zərbə vurduğu şəksizdir.

Müzakirələrin yekunu olaraq YAP-ın adından Fransa Senatında noyabrın 25-də "Dağlıq Qarabağ respublikası”nın tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul olunmasını qətiyyətlə pisləyən bəyanat qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video