15:22 21 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yəməndə 12 milyondan çox uşağın yardıma ehtiyacı var
ANA SƏHİFƏ / DÜNYA
19:06 27.11.2020

Yəməndə 12 milyondan çox uşaq humanitar yardıma ehtiyac duyur. Bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) rəhbəri Henrietta For təşkilatın saytında məlumat verir.

"Bu ölkənin bir çox regionları aclıq səviyyəsinin yüksək olması ilə üzləşib. 5 yaşınadək 325 mindən çox uşaq qida çatışmazlığından əziyyət çəkir. Yəməndə beş milyondan çox uşaq vəbadiareyaya yoluxma riskinə məruz qalır", deyə For bildirib.

Onun dediyinə görə, yoxsulluq və silahlı münaqişə Yəməndə ağır humanitar vəziyyət yaradıb. Koronavirus pandemiyabu dərin böhranı "fəlakət" halına salıb.

Yəməndə 2014-cü ilin sentyabrından silahlı münaqişə davam edir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM