14:36 22 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Neftin qiyməti həftəni artımla tamamlamağa yönəlib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
14:31 27.11.2020

Birjalarda neft qiymətləri həftəni artımla tamamlamağa hazırlaşır.

AZƏRTAC xəbər verir ki, "qara qızıl”ın qiyməti koronavirusa qarşı peyvəndlə bağlı müsbət inkişaflar fonunda həftə ərzində 6 faiz bahalaşıb.

Neft hasilatına dair məhdudiyyətlərin davam edib-etməyəcəyinə dair qərarın veriləcəyi "OPEC+”un iclası ərəfəsində isə qiymətdə sabitlik yaranıb.

Analitiklərin əksəriyyəti "OPEC+”un neft hasilatına dair məhdudiyyətləri gələn ilin mart ayına qədər uzadacağını düşünür. Bəzi ekspertlərə görə isə İraq və Birləşmiş Ərəb Əmirliklərinin etirazları nəzərə alınaraq məhdudiyyətlər daha qısa müddətə uzadılacaq.

OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo neft hasilatının artırılacağı təqdirdə gələn il bazarda tədarük bolluğunun yaranacağını bildirib və kartel üzvlərini diqqətli olmağa çağırıb.

Qeyd edək ki, "OPEC+” mövcud istehsal məhdudiyyətlərinə dair plana dəyişiklik etməsə, koalisiya yanvar ayından etibarən hasilatı gündəlik 2 milyon barrel artırmağı planlaşdırır. Bu dəyişiklik 30 noyabr - 1 dekabr tarixlərində keçiriləcək Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) iclasında əsas müzakirə mövzusu olacaq.

Hazırda "Brent” markalı xam neftin bir barreli Londonun ICE birjasında 47 dollardan, "Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 45 dollardan baha satılır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM