14:07 22 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Euractiv” portalı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terror barədə məqalə dərc edib
ANA SƏHİFƏ / SİYASƏT
14:27 27.11.2020

Avropa İttifaqının nüfuzlu "Euractiv” informasiya portalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Nağı Əhmədovun "Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan təbiətinə vurulan zərərin miqdarı” adlı məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın ekologiyasına və təbii sərvətlərinə vurulmuş zərərin miqdarının hədsiz dərəcədə böyük olduğu bildirilir.

Müəllif noyabrın 10-da imzalanmış birgə Bəyanata əsasən Kəlbəcər rayonunu tərk edən ermənilərin öz evlərini yandırdıqlarını, ağacları kəsdiklərini və meşələrə od vurduqlarını diqqətə çatdırır. Məktəbləri və xəstəxanaları yandırmaqdan belə çəkinmirlər. Təəssüflər olsun ki, ətraf mühit məsələləri ilə məşğul olan beynəlxalq qurumlar və QHT-lər tərəfindən bu məsuliyyətsiz hərəkətlərə reaksiya verilmir.

Müəllif vurğulayır ki, Azərbaycanın rayonlarına qarşı həyata keçirilən bu ekoloji terror həmin ərazilərin işğal edildiyi ilk günlərdən başlayıb. O, bölgənin ekosisteminin, heyvanat aləminin və təbii sərvətlərinin son 27 il ərzində vəhşicəsinə məhv edildiyini bildirir.

Müəllif 2016-cı ilin yanvarında Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş 2085 saylı qətnaməni də diqqətə çatdırır. Bu sənəddə Ermənistanın işğal etdiyi ərazilərdə süni şəkildə humanitar və ekoloji problemlər yaratdığı pislənilib və Ermənistan hakimiyyəti su mənbələrindən siyasi təsir vasitələri kimi istifadə etməyi dayandırmağa çağırılıb.

Məqalədə, həmçinin Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarda yanğından zərər çəkmiş ərazilərlə bağlı ATƏT-in rəhbərlik etdiyi ətraf mühitin qiymətləndirilməsi missiyasının 2006-cı il oktyabrın 2-dən 13-dək hazırlanmış hesabatında geniş ərazilərin yandırıldığı və bununla da insanlara, iqtisadiyyata və ətraf mühitə külli miqdarda zərər vurulduğu qeyd olunur.

Məqalədə Ermənistanın Azərbaycanın işğal olunmuş rayonlarında illərdir törətdiyi ekoloji cinayətlərini "Azərkosmos” peyk tərəfindən çəkilmiş görüntülərin sübut etdiyi də bildirilir. Bu dəlillər işğal olunmuş ərazilərdəki ən qiymətli flora və fauna nümunələrinin məhv edildiyini göstərir. Mütəxəssislərin ilkin hesablamalarına görə, ətraf mühitə və təbii sərvətlərə dəyən ziyanın miqdarı təxminən 265,3 milyard dollar dəyərindədir.

Müəllif işğal altında olan Azərbaycan torpaqlarında ən çox məhv edilən meşələrdən də söz açır. O qeyd edir ki, bu ərazilərdə 247 min hektardan çox meşə sahəsi mövcud olub və onun 13197.5 hektarı qiymətli ağac növləri ilə zəngin meşələrdən ibarətdir. Ermənilərin işğal altında olan ərazilərdəki qiymətli ağac növlərini kütləvi şəkildə qıraraq xarici ölkələrə satdıqları vurğulanır.

Vurğulanır ki, işğal nəticəsində Dağlıq Qarabağ və onun ətraf rayonlarının ərazisi "ekosid (ekoloji soyqırımı)” kimi xarakterizə oluna bilər. Yəni, təbiət əsl soyqırımına məruz qalıb və bu cinayətə görə Ermənistan tərəfi məsuliyyət daşıyır.

Qeyd edilir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik rayonlarında təbiətə qarşı düşmən münasibət və həyata keçirilmiş ekoloji terror təkcə Azərbaycanın ekoloji balansı, flora və faunası üçün deyil, eyni zamanda, regionda sülh və təhlükəsizliyə ciddi təhdid yaradır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM