27 Noyabr 2020 14:07
606
SİYASƏT
A- A+

Səfir: Senatın qəbul etdiyi qətnamə ilə Azərbaycan heç nə itirməyəcək, itirən Fransa özü olacaq


Fransa Senatının "Dağlıq Qarabağ respublikası”nın tanınmasına dair qətnamə təklifi”nin səsə qoyulması ilə bağlı dinləmələr keçirilib. Senatda Azərbaycanın və Ermənistanın Fransadakı səfirləri ayrı-ayrılıqda dinlənilib.

Dinləmələr Senatın xarici işlər, müdafiə və silahlı qüvvələr komissiyasının rəhbəri Kristian Kambonun sədrliyi ilə keçirilib.

Çıxışında R.Mustafayev müharibə müddətində Fransada siyasi və mətbuat sahəsində saxta və səhv məlumatların verilməsindən təəssüfləndiyini bildirib. O, Senatda qətnamə təklifi hazırlananda birtərəfli məlumatla kifayətlənməyin düzgün olmadığını, mətbuatın qərəzli məlumatlar dərc etdiyini bildirib. Hətta mətbuatda cavab hüququndan istifadəyə imkan verilmədiyini qeyd edib.

Səfir Senata təqdim edilmiş qətnamə təklifinin bəzi məqamlarına toxunub, göstərilən məlumatların səhv olduğunu bildirib. O, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməni xatırladıb, həmin qətnamələrin Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun Azərbaycan torpaqları olduğunu və bu torpaqların erməni silahlı qüvvələri tərəfindən işğal edildiyini tanıdığını bildirib. O, həmçinin qətnamələrin erməni silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz bu torpaqlardan çıxmasını tələb etdiyini diqqətə çatdırıb.

Diplomat Azərbaycan tərəfdən heç vaxt "muzdlu” döyüşçülərin olmadığını, Azərbaycan Prezidentinin də bildirdiyi kimi, ölkəmizin 100 minlik ordusunun olduğunu qeyd edib. O əlavə edib ki, muzdlularla bağlı iddia edənlər sübut göstərməli, əks təqdirdə Azərbaycan xalqından üzr istəməlidirlər. Fransa tərəfi də bu iddianı etsə də heç bir sübut göstərə bilmədi. Ancaq Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrində muzdluların olmasını faktlarla sübut edib. Onların kimliyini, mobil nömrələrini, mənşə ölkələrini əks etdirən siyahı hazırlanıb.

Səfir Azərbaycanın çoxmədəniyyətli, çoxkonfessiyalı bir ölkə olduğunu vurğulayaraq, işğaldan əvvəl Qarabağda çoxsaylı etnik qrupların nümayəndələrinin yaşadıqlarını diqqətə çatdırıb. Ancaq işğaldan sonra ermənilər bölgədə etnik təmizləmə aparıb və həmin vaxtdan bu bölgədə yalnız ermənilər yaşayıb.

Diplomat müharibə zamanı Ermənistanın hücumları nəticəsində mülki azərbaycanlı əhalinin həlak olduğunu da qeyd edib. Bildirib Ermənistan Azərbaycanın Qarabağdan uzaqda yerləşən şəhərlərində yaşayış məhəllələrini hədəfə alıb. Gəncə, Tərtər, Bərdə şəhərlərini hədəfə alan Ermənistanın qadağan olunmuş silahlardan istifadə edib. Bu silahlardan istifadə Ermənistan rəhbərliyinin mülki əhalini məqsədli şəkildə hədəfə aldığını təsdiqləyir. Azərbaycan isə yalnız hərbi obyektləri hədəfə alırdı.

Səfir bildirib ki, Fransa qərəzli mövqeyi ilə Azərbaycanda ona olan etibarı itirib.

Diplomat Ermənistanın Azərbaycana qarşı təxribatçı addımları barədə ətraflı məlumat verib, onun münaqişənin sülh yolu ilə həllində heç vaxt maraqlı olmadığını vurğulayıb.

Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı suala cavabında səfir deyib ki, Türkiyə Azərbaycana yalnız siyasi və mənəvi dəstək verib.

Müharibə cinayətləri ilə bağlı bildirilib ki, Azərbaycan bu cinayətlərin təhqiq edilməsində daha çox maraqlıdır. Ermənilər işğal etdikləri ərazilərdə bütün dini abidələri, məscidləri dağıdıblar, tövləyə çeviriblər. Ermənistan tərəfindən bölgədə erməniləşdirmə siyasəti aparılıb.

Səfir deyib ki, Senatda qəbul edilən qətnamə ilə Azərbaycan heç nə itirməyəcək, itirən Fransa özü olacaq. Belə bir addımı atmaq əvəzinə regionun inkişafına, tərəqqisinə, sabitliyinə töhfə vermək lazımdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video