07:41 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:35 24.01.2021

Xalq artisti Eldar Quliyevə


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Anar Kərimov ISESCO-nun beynəlxalq vebinarında çıxış edib
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
13:38 27.11.2020

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) "Bəşər sivilizasiyasının qurulmasında və sülh dəyərlərinin yayılmasında İslam incəsənətinin rolu” mövzusunda beynəlxalq vebinarı təşkil edilib.

AZƏRTAC xəbər verir ki, vebinarda ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Bəhreynin Mədəniyyət və Antik Əşyalar İdarəsinin prezidenti Şeyxa Mai bint Məhəmməd Əl-Xəlifə, BƏƏ-nin mədəniyyət və təhsilin inkişafı naziri Nura bin Məhəmməd əl-Kaabi, Misirin mədəniyyət naziri İnas Abdel Dayem, ISESCO, UNESCO, IRCICA təşkilatlarının nümayəndələri və digər rəsmilər iştirak ediblər.

Tədbirdə ölkəmizi mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov təmsil edib.

Açılış nitqi ilə çıxış edən ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik İslam incəsənətinin zənginliyindən, onun bəşər sivilizasiyasının formalaşmasındakı rolundan, ISESCO-nun İslam irsinin qorunması istiqamətində fəaliyyətindən bəhs edib.

İslam sivilizasiyasının dünya mədəniyyətinə verdiyi töhfələri qeyd edən Anar Kərimov 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılan Qarabağ bölgəsində mövcud olan İslam irsinin vəziyyətindən də danışıb. O, Ermənistan tərəfindən məscidlərin dağıdılmasının və təhqir olunmasının Azərbaycanın tarixi-mədəni irsinin, eyni zamanda, İslam irsinin məhv edilməsi məqsədi daşıdığını qeyd edib. Dini mənşəyindən asılı olmayaraq mədəni irsin qorunmalı olduğunu qeyd edən Anar Kərimov Ermənistanın əməllərinə qlobal mədəniyyət institutları tərəfindən obyektiv qiymətin verilməsinin, bu əməllərin pislənilməsinin zəruri olduğunu bildirib. Xüsusilə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində islam sivilizasiyasının mədəniyyət və dini irsinə qarşı həyata keçirilmiş vandalizm aktlarının ISESCO və digər beynəlxalq təşkilatlar tərəfindən daha sərt pislənilməli olduğunu, müsəlman dünyasının öz mirasını qətiyyətlə müdafiə etməsinin vacibliyini diqqətə çatdırıb.

Anar Kərimov çıxışında Azərbaycanda mədəni irsin qorunması, sülh və dialoqun təşviqi ilə bağlı görülən işlər, ISESCO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyət barədə məlumat verib. Vurğulanıb ki, ISESCO ilə əməkdaşlıq çərçivəsində 2009-cu ildə Bakı, 2018-ci ildə Naxçıvan şəhərləri "İslam mədəniyyətinin paytaxtı” elan edilib, 2015-ci ildə ISESCO-nun 12-ci Baş Konfransı Bakıda təşkil olunub.

2017-ci ilin Azərbaycanda Prezident İlham Əliyev tərəfindən "İslam həmrəyliyi ili” elan olunduğunu qeyd edən Anar Kərimov il ərzində həyata keçirilən layihələr barədə də məlumat verib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM