13:12 22 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Euronews” Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonu ilə bağlı reportaj yayımlayıb
ANA SƏHİFƏ / SİYASƏT
13:29 27.11.2020

"Euronews” telekanalı Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonu ilə bağlı reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda 1990-cı illərdə, münaqişənin qızğın vaxtında Ağdamdan qovulmuş azərbaycanlıların indi öz doğma yurdlarına qayıtmaq arzuları barədə məlumat verilir.

Bildirilir ki, "Ağdam” sözü Azərbaycan dilindən tərcümədə "ağ ev” deməkdir. Bu şəhərdə qanlı döyüşlərin izləri qalıb. Ona görə Ağdamı indi bəzən "Qafqazın Xirosiması” adlandırırlar.

Reportajda Ağdam sakinlərindən birinin fikirlərinə də yer verilib. O, vaxtilə təhsil aldığı məktəbin yerləşdiyi ərazini göstərir. Qeyd edir ki, həmin ərazidə digər qurumlar da fəaliyyət göstərirdi. İndi burada heç nəyi tanımaq mümkün deyil. Ermənilər nə var idisə, hamısını darmadağın ediblər. Heç kim öz küçəsini tapa bilmir.

Reportajda qeyd edilir ki, uzaqdan Ağdam məscidinin minarələri görünür. Ermənilər şəhəri tutandan sonra bu kompleksin çox hissəsini dağıdıb, binanın özündən isə mal tövləsi kimi istifadə ediblər. Bu gün son 28 ildə ilk dəfə buradan azan səsi eşidilir.

Bildirilir ki, Azərbaycan Ağdama nəzarəti bərpa edəndən sonra ərazinin minalardan təmizlənməsinə başlanılıb. Təxminən 30 il bundan əvvəl minlərlə azərbaycanlı buradakı doğma yurdlarını tərk edib məcburi köçkün vəziyyətinə düşüb. Onlar indi buraya qayıtmağı arzu edirlər. Azərbaycan hökuməti Qarabağda və ona bitişik rayonlarda bərpa işlərinə başlamağı planlaşdırır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM