13:53 22 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Baş infeksionist: Özünümüalicə koronaviruslu xəstələrin vəziyyətini daha da ağırlaşdıra bilər
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:28 27.11.2020

Yeni növ koronovirus (COVID-19) infeksiyasına qarşı mübarizədə son vaxtlar özünümüalicə kimi zərərli tendensiya müşahidə olunur. Həkim və mütəxəssislərin dəfələrlə xəbərdarlıqlarına baxmayaraq, bəzi xəstələr virusu ciddi qəbul etməyərək onun qarşısını özünümüalicə ilə almaqda davam edirlər.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun narahatlığı da elə bununla əlaqədardır: "Təəssüf ki, infeksiyaya yoluxanlar yalnız vəziyyətləri ağırlaşmağa başlayanda və nəfəs darlığı yarananda həkimə müraciət edirlər. Çox vaxt onlar bunu əsas götürürlər ki, ətraflarında olanlar evdə qalmaqla, sosial şəbəkələrdə paylaşılan hansısa reseptdən istifadə etməklə özlərini müalicə edirlər və onların səhhətində heç bir mənfi hal baş vermir. Lakin onlar nəzərə almırlar ki, virusa yoluxan zaman risk qrupuna daxil olmaq olar və bundan sonra ağırlaşdırıcı halların baş verməsi mümkündür. Hər bir orqanizm fərdi xüsusiyyətlərə malikdir. Yaşından asılı olmayaraq, orqanizmin xüsusiyyətlərinə görə xəstəliyi ağır keçirə bilənlər var. Özünümüalicə nəticəsində vəziyyəti ağırlaşanlar xəstəxanaya daxil olduqları zaman onlara qarşı görülən müalicə tədbirləri səmərəli olmaya da bilər”.

Baş infeksionist narahatlığını belə yekunlaşdırıb: "Ona görə də əhalidən xahiş edirik ki, yoluxduqları ilk gündən həkimə müraciət etsinlər. Ev şəraitində müalicə alsalar belə, bunu mütləq həkim nəzarəti altında etsinlər".



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM